İDMAN


Cüdo üzrə Azərbaycan kubokunun ikinci yarış gününün qalibləri müəyyənləşib

Bakı, 9 dekabr, AZƏRTAC

Cüdo üzrə Fövqəladə Hallar Nazirliyinin Hövsan qəsəbəsində yerləşən "Xilasedici" İdman-Sağlamlıq Mərkəzində keçirilən Azərbaycan kuboku davam edir.

AZƏRTAC xəbər verir ki, turnirin ikinci günündə 4 çəki dərəcəsi üzrə qarşılaşmalar keçirilib. Belə ki, qadınlar 52, 70 kiloqram, kişilər isə 66 və 90 kiloqram çəki dərəcələrində güclərini sınayıblar. Qadınlar arasında Səbinə Əliyeva (52 kq, “Təhsil” İdman Sağlamlıq Mərkəzi, Sumqayıt şəhəri) və Günel Həsənli (“Zirvə” İdman Klubu, Abşeron) qalib adına layiq görülüblər. Kişilərin yarışında isə Kəramət Hüseynov (66 kq, “Qəbələ” İdman Klubu, Bakı), Rüfət İsmayılov (90 kq, “Cüdo Klubu 2012”) fəxri kürsünün ən yüksək pilləsində yer alıblar.

Turnir dekabrın 9-da başa çatacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.