İDMAN


Cüdo üzrə Azərbaycan millisi Parisdə təlim-məşq toplanışında iştirak edib

Bakı, 13 fevral, AZƏRTAC

Cüdo üzrə Azərbaycan milli komandası Parisdə təlim-məşq toplanışında iştirak edib.

Azərbaycan Cüdo Federasiyasından AZƏRTAC-a bildiriblər ki, Beynəlxalq Cüdo Federasiyasının təşkilatçılığı ilə keçirilən məşqlərə Azərbaycan cüdoçuları ilə yanaşı, Fransa, Yaponiya, Koreya Respublikası, Monqolustan, Almaniya, Rusiya, İtaliya, Braziliya, Çexiya, Türkiyə, Ukrayna, İspaniya, Gürcüstan, Hollandiya və digər ölkələrin yığmaları da qatılıblar. Parisdə təlim-məşq toplanışında ümumilikdə 80 ölkədən 700-dən çox cüdoçu iştirak edib.

Cüdoçularımız fevral və mart aylarında Almaniya, Mərakeş, Gürcüstan və Türkiyədə keçiriləcək beynəlxalq yarışlarda mübarizə aparacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.