İDMAN
Cüdo üzrə Azərbaycan millisinin “Rio-2016” Olimpiya Oyunları üçün heyəti müəyyənləşib
Bakı, 9 iyul, AZƏRTAC
Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında çıxış edəcək Azərbaycan cüdoçularının heyəti açıqlanıb.
Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, baş məşqçi Peter Zayzenbaxer iki çəki dərəcəsində seçimini Beynəlxalq Cüdo Federasiyasının reytinqində daha yüksək mövqedə qərarlaşanların xeyrinə edib. Avstriyalı mütəxəssis Olimpiadaya 60 kiloqram çəki dərəcəsində Orxan Səfərovu, 100 kiloqram çəkidə isə Elmar Qasımovu aparmağı qərara alıb. Nəticədə İlqar Müşkiyev və Elxan Məmmədov dörd illiyin zirvə yarışından kənarda qalıb.
Digər çəkilərdə Azərbaycanı Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov (73 kq), Məmmədəli Mehdiyev (90 kq) və Uşangi Kokauri (100 kq-dan yuxarı) təmsil edəcəklər.
Qeyd edək ki, XXXI Yay Olimpiya Oyunlarının proqramına əsasən cüdo yarışları iyulun 6-12-də keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [20:31]
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turniri 21 medalla başa vurublar
- 28.03.2024 [17:57]
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
- 28.03.2024 [17:11]
Premyer Liqa: Dörd oyuna hakim təyinatları açıqlanıb
- 28.03.2024 [17:09]
Azərbaycan ağırlıqqaldıranları üçün antidopinqlə bağlı seminar keçirilib
- 28.03.2024 [16:16]