İDMAN


Cüdo üzrə Bolqarıstan yığmasının Bakıda keçiriləcək “Böyük dəbilqə” turniri üçün heyəti açıqlanıb

Bakı, 12 mart, AZƏRTAC

Cüdo üzrə Bolqarıstan yığmasının mayın 10-12-də Bakıda keçiriləcək “Böyük dəbilqə” turnirində iştirak edəcək heyəti açıqlanıb.

AZƏRTAC Beynəlxalq Cüdo Federasiyasının saytına istinadla xəbər verir ki, Bolqarıstan yığmasının heyətində altı idmançı – beş kişi və bir qadın cüdoçu yer alıb. Kişilərin yarışında Yanislav Qerçev, Valinten Alipyev (hər ikisi 60 kq), Bojidar Temelkov (66 kq), İvaylo İvanov (81 kq), Danil Diçev (100 kq) mübarizə aparacaqlar. Qadınların yarışında isə bu ölkəni İvelina İlyeva (57 kq) təmsil edəcək.

“Böyük dəbilqə” turnirində Çad, Sloveniya, Macarıstan, Monteneqro, Fransa, Bolqarıstan, Kanada, Estoniya, Yunanıstan, Filippin və qaçqınların komandası artıq iştirakını təsdiqləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.