İDMAN


Cüdo üzrə Daşkənd Qran-Prisində Azərbaycanın 15 idmançısı mübarizə aparır

Bakı, 20 sentyabr, AZƏRTAC

Sentyabrın 20-də Özbəkistanın paytaxtı Daşkənddə start götürən cüdo üzrə Qran-Pri turnirində Azərbaycanın 15 idmançısı (11 kişi, 4 qadın) mübarizə aparır.

AZƏRTAC xəbər verir ki, turnirdə kişilərin yarışında ölkəmizi Oruc Vəlizadə, Kəramət Hüseynov (hər ikisi 60 kq), Nicat Şıxəlizadə, İbrahim Əliyev (hər ikisi 66 kq), Fəqan Quluzadə, Rüfət İsmayılov (hər ikisi 81 kq), Tural Səfquliyev, Aliumar Tumaev (hər ikisi 90 kq), Zelim Kotsoev (100 kq), Uşangi Kokauri və Şahin Qəhrəmanov (hər ikisi +100 kq) təmsil edirlər.

Qadınların mübarizəsində isə Aişə Qurbanlı, Leyla Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva və Aleksandra-Larisa Florian (hər ikisi 52 kq) birincilik uğrunda yarışırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.