ELM VƏ TƏHSİL


Cüdo üzrə beynəlxalq “Təhsil Kuboku”na start verilib

Bakı, 12 oktyabr, AZƏRTAC

Oktyabrın 12-də Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, həmçinin Azərbaycan Cüdo Federasiyasının dəstəyi və 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin təşkilatçılığı ilə yeniyetmə və gənclər arasında cüdo üzrə beynəlxalq “Təhsil Kuboku”na start verilib.

AZƏRTAC xəbər verir ki, oktyabrın 13-də yekunlaşacaq yarışda Sloveniya, Macarıstan, Ukrayna, Özbəkistan, Qazaxıstan, Latviya, Niderland, İraq, Rusiya, Gürcüstan, Türkiyə və Azərbaycan daxil olmaqla, ümumilikdə, 12 ölkə təmsil olunur. Yarışda 1000-dən artıq cüdoçu mübarizə aparacaq.

Yarışda 2000-2002–ci il təvəllüdlü gənclər və 2003-2005-ci, 2006-2007-ci il təvəllüdlü yeniyetmələr iştirak edirlər.

Hər üç yaş qrupu üzrə 27 çəki dərəcəsində mübarizəni bitirdikdən sonra cüdoçular oktyabrın 14-15-də 2 günlük təlim-məşq toplantısına qatılacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.