İDMAN


Cüdo üzrə dünya çempionatı: Azərbaycanın üç idmançısı mübarizəyə qoşulub

Bakı, 22 sentyabr, AZƏRTAC

Sentyabrın 22-də Bakıda Milli Gimnastika Arenasında cüdo üzrə dünya çempionatının üçüncü günündə 73 kiloqram çəki dərəcəsində kişilər, 57 kiloqram çəki dərəcəsində isə qadınlar tatami üzərinə çıxırlar.

AZƏRTAC xəbər verir ki, ölkəmizi bu çəki dərəcələrində kişilər arasında Hidayət Heydərov, Rüstəm Orucov və qadınlar arasında İçinxorlo Munxtsedev təmsil edirlər.

Rüstəm Orucov 1/32 final mərhələsində Məhəmməd Mohyeldinlə (Misir) mübarizə aparacaq. Xatırladaq ki, cüdoçumuz 2016-cı ildə keçirilmiş XXXI Yay Olimpiya Oyunlarının və 2017-ci il dünya çempionatının, habelə IV İslam Həmrəyliyi Oyunlarının gümüş mükafatçısıdır.

Digər idmançımız, IV İslam Həmrəyliyi Oyunlarının və 2017-ci il Avropa çempionatının qalibi Hidayət Heydərov isə Sajjad Sehen (İraq) ilə qarşılaşacaq.

Qadın cüdoçumuz İçinxorlu Munxtsedev isə almaniyalı Amelie Stoll ilə görüşəcək.

Sentyabrın 27-dək davam edəcək çempionatda 125 ölkədən 800-dək cüdoçu mübarizə aparır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.