İDMAN


Cüdo üzrə dünya çempionatında daha iki çəki dərəcəsində qaliblər müəyyənləşib YENİLƏNİB

Bakı, 22 sentyabr, AZƏRTAC 

Bakıda keçirilən cüdo üzrə dünya çempionatında üçüncü günün qalibləri müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, qadınlar arasında 57 kiloqram çəki dərəcəsində finalda Nekoda Smite-Davisə (Böyük Britaniya) qalib gələn Tsukasa Yoşida (Yaponiya) dünya çempionu olub.

Kişilər arasında 73 kiloqram çəki dərəcəsində finalda yaponiyalı Soiçi Haşimoto və Koreya Respublikasının cüdoçusu Çanqrim An üz-üzə gəliblər. Görüş koreyalı idmançının qələbəsi ilə yekunlaşıb.

Bu çəki dərəcəsində Azərbaycanı təmsil edən Hidayət Heydərov Monqolustan idmançısı Tsoqtbaatar Tsend-Oçirə qalib gələrək bürünc medal qazanıb.

Qaliblərə medalları Azərbaycan Cüdo Federasiyasının prezidenti, Beynəlxalq Cüdo Federasiyasının İcraiyyə Komitəsinin üzvü Rövnəq Abdullayev təqdim edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.