İDMAN


Cüdo üzrə gənclərdən ibarət milli komandamız təlim-məşq toplanışını davam etdirir

Bakı, 25 iyun, AZƏRTAC

Cüdo üzrə gənclərdən ibarət milli komandamızın üzvləri qarşıdakı beynəlxalq yarışlara hazırlıq çərçivəsində təlim-məşq toplanışını davam etdirirlər.

AZƏRTAC xəbər verir ki, Şağan Olimpiya İdman Kompleksində təşkil olunan toplanışda baş məşqçi Elçin İsmayılov və məşqçi Şümşat Bəhramovun rəhbərliyi ilə sonuncu ölkə birinciliyində uğur qazanan perspektivli gənc cüdoçular mübarizə aparırlar.

Komandamız iyulun 3-4-də Portuqaliyada keçiriləcək Avropa kuboku yarışında iştirak edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.