İDMAN


Cüdo üzrə yeni qaydalarla bağlı keçirilən seminarlar başa çatıb

Bakı, 25 yanvar, AZƏRTAC

Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkillatçılığı ilə cüdo üzrə yeni qaydalarla bağlı keçirilən seminarlar başa çatıb.

Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, beynəlxalq dərəcəli hakim Vladimir Nutsubidzenin iştirakı ilə sonuncu seminar “Cüdo 2012” klubunun təlim-məşq mərkəzində təşkil olunub.

Təlimdə yeniyetmələrdən ibarət milli komandanın məşqçiləri, idmançıları, həmçinin müxtəlif klub, idman cəmiyyətləri və təşkilatların baş məşqçiləri də iştirak ediblər.

Yanvarın 24-25-də keçirilən seminarların əsas məqsədi Beynəlxalq Cüdo Federasiyasının (IJF) tətbiq etdiyi son dəyişikliklərin hakimlər, məşqçilər və idmançılar tərəfindən mənimsənilməsinə nail olmaq və bununla da idmançılarımızın beynəlxalq və yerli yarışlarda yüksək səviyyədə iştirakını təmin etməkdir.

Qeyd edək ki, yeni qaydalar daxili yarışlarda 2022-ci ilin mart ayından etibarən tətbiq edilməyə başlanacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.