İDMAN
Cüdoçular arasında keçirilən Avropa birinciliyinə yekun vurulub
Bakı, 10 noyabr, AZƏRTAC
Xorvatiyanın Poreç şəhərində 23 yaşlı cüdoçular arasında keçirilən Avropa birinciliyinə yekun vurulub.
Azərbaycan Cüdo Federasiyasından AZƏRTAC-a bildirilib ki, mötəbər çempionatın son günü də Azərbaycan milli komandası aktivinə bir medal yazdırıb. Ağır çəkili cüdoçuların yarışında mübarizə aparan Camal Feyziyev Polşa, Sloveniya təmsilçilərinə qalib gələrək yarımfinala çıxıb.
Bu mərhələdə Macarıstanlı Riçard Sipoşa uduzan Camal 3-cü yer uğrunda qarşılaşmada İtaliya cüdoçusu Lorenzo Aqronu məğlub edib. Beləliklə Camal Feyziyev qitə birinciliyinin bürünc medalını qazanıb.
Xatırladaq ki, nüfuzlu yarışın ilk günü Gültac Məmmədəliyeva (52 kq) gümüş,
Turan Bayramov (60 kq) və Nurlan Osmanov (66 kq) bürünc medala sahib olub.
Qeyd edək ki, otuz altı ölkədən 328 idmançının (193 kişi, 135 qadın) yarışdığı mötəbər birincilikdə Azərbaycan millisi 12 cüdoçu (9 kişi, 3 qadın) ilə təmsil olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [20:31]
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turniri 21 medalla başa vurublar
- 28.03.2024 [17:57]
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
- 28.03.2024 [17:11]
Premyer Liqa: Dörd oyuna hakim təyinatları açıqlanıb
- 28.03.2024 [17:09]
Azərbaycan ağırlıqqaldıranları üçün antidopinqlə bağlı seminar keçirilib
- 28.03.2024 [16:16]