İDMAN


Cüdoçularımız Almaniyada açıq Avropa kuboku yarışında iştirak edəcəklər

Bakı, 10 iyul, AZƏRTAC

Sentyabrın 20-də Bakıda start götürəcək cüdo üzrə dünya çempionatına hazırlığı davam etdirən milli komandamızın üzvləri hazırda Almaniyadadır.

AZƏRTAC xəbər verir ki, təcrübəli cüdoçularımız həftəsonu Saarbrüken şəhərində keçiriləcək açıq Avropa kuboku yarışında mübarizə aparacaqlar. Almaniya turnirində qitənin ən güclü cüdo ustaları medallar uğrunda yarışacaqlar.

Qeyd edək ki, milli komandamız ötən həftə İspaniyanın Kastelldefels şəhərində təşkil olunan beynəlxalq təlim-məşq toplantısında da iştirak edib. Avropa Cüdo İttifaqının təşkilatçılığı ilə baş tutan məşqlərə Azərbaycan cüdoçuları ilə yanaşı Yaponiya, Koreya, Fransa, Almaniya, Rusiya, Ukrayna, İtaliya, Monqolustan, Braziliya və digər ölkələrin yığmaları qatılıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.