İDMAN


Cüdoçularımız Avropa kuboku yarışının ilk günündə 6 medal qazanıblar

Bakı, 2 oktyabr, AZƏRTAC

Azərbaycan cüdoçuları Sloveniyanın Sele şəhərində keçirilən Avropa kuboku yarışının ilk günündə 6 medal qazanıblar.

AZƏRTAC xəbər verir ki, turnirdə 60 kiloqram çəki dərəcəsində final görüşündə ölkəmizin iki təmsilçisi - Rəşad Yelkiyev və Kənan İsmayılov üz-üzə gəlib. Nəticədə R.Yelkiyev birinci, K.İsmayılov isə ikinci yeri tutub.

Cüdoçumuz Tofiq Məmmədov (66 kq) bütün rəqiblərini məğlub edərək həlledici görüşə vəsiqə əldə edib. Qızıl medal qarşılaşmasında almaniyalı Patrik Vayzerə də qalib gələn cüdoçumuz fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Eyni çəki dərəcəsində yarışan Ruslan Paşayev üçüncü yer uğrunda görüşdə italiyalı Françesko Karqneluttidən güclü olub.

Turnirdə 73 kiloqram çəki dərəcəsində final görüşündə də Azərbaycan dueli baş tutub. Nəriman Mirzəyevi məğlub edən Rəşid Məmmədəliyev qızıl medala sahib olub. N.Mirzəyev isə gümüş medalla kifayətlənib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.