İDMAN


Cüdoçularımız Avropa kuboku yarışlarının birinci gününü mükafatsız başa vurublar

Bakı, 16 oktyabr, AZƏRTAC

Bu gün Xorvatiyanın Dubrovnik şəhərində cüdo üzrə Avropa kuboku yarışları start götürüb.

AZƏRTAC xəbər verir ki, turnirin birinci günündə tatamiyə çıxan 6 cüdoçumuz - Rəşad Baxşəliyev, Sənan Əhmədov (hər ikisi 60 kq), Yaşar Nəcəfov, Ruslan Paşayev (66 kq), Zaməddin Poladov və Rüfət Şovlatov (73 kq) mübarizəni medalsız başa vurub.

Yarışda Azərbaycanı 11 cüdoçu təmsil edir. Oktyabrın 17-dək davam edəcək turnirdə 26 ölkədən 300-ə yaxın cüdoçu iştirak edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.