İDMAN


Cüdoçularımız Avropa kubokunun qızıl və bürünc medalları uğrunda mübarizə aparır

Bakı, 16 fevral, AZƏRTAC

Fevralın 16-da Romada start götürən açıq Avropa kubokunun birinci günündə Azərbaycanın dörd cüdoçusu mübarizəyə qoşulub.

AZƏRTAC xəbər verir ki, Oruc Vəlizadə (60 kq) rusiyalı Həmzət Zairbəyov, fransalı Vinsent Anquest, qazaxıstanlı Bairjan Zauntayev və fransalı Siven Qulen üzərində qələbə qazanaraq finala yüksəlib.

Eyni çəki dərəcəsində çıxış edən Rövşən Əliyev isə İtaliya təmsilçisi Dieqo Reya, ispaniyalı Xusto Nunez Rodriguezə qalib gəlsə də, dörddəbir finalda Dauren Syukennova (Qazaxıstan) məğlub olub. Təsəlliverici görüşdə qazaxıstanlı Bairjan Narbayevi məğlub edən idmançımız bürünc medal uğrunda yarışmaq hüququ qazanıb.

Əllidən çox ölkədən 300-dən artıq cüdoçunun mübarizə apardığı turnirə fevralın 17-də yekun vurulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.