İDMAN


Cüdoçularımız “Böyük dəbilqə” turnirində iştirak etmək üçün İsrailə yola düşüblər

Cüdoçularımız “Böyük dəbilqə” turnirində iştirak etmək üçün İsrailə yola düşüblər

Bakı, 15 fevral, AZƏRTAC

Cüdoçularımız Təl-Əvivdə keçiriləcək “Böyük dəbilqə” turnirində iştirak etmək üçün İsrailə yola düşüblər.

Azərbaycan Cüdo Federasiyasından AZƏRTAC-a bildiriblər ki, fevralın 17-19-da keçiriləcək yarışda 11 cüdoçumuz iştirak edəcək. Belə ki, Kəramət Hüseynov, Balabəy Ağayev (60 kq), Yaşar Nəcəfov (66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (73 kq), Murad Fətiyev (81 kq), Məmmədəli Mehdiyev, Rüfət İsmayılov (90 kq), Zelim Kotsoyev, Elmar Qasımov (100 kq), Uşangi Kokauri (+100 kq) “Böyük dəbilqə”nin medalları uğrunda mübarizə aparacaqlar.

Dünyanın 34 ölkəsindən 309 idmançının qatılacağı turnirdə Azərbaycan komandasına baş məşqçi Mövlud Mirəliyev və böyük məşqçi Elçin İsmayılov rəhbərlik edəcəklər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.