İDMAN


Cüdoçularımız Daşkənd Qran-Prisində güclərini sınayacaqlar

Bakı, 8 noyabr, AZƏRTAC

Noyabrın 9-11-də Özbəkistanın paytaxtı Daşkənddə cüdo üzrə Qran-Pri yarışları keçiriləcək.

AZƏRTAC xəbər verir ki, turnirdə kişilərin yarışında ölkəmizi Əhməd Yusifov (60 kq), Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov (81 kq), Tural Səfquliyev, Məmmədəli Mehdiyev (hər ikisi 90 kq), Elmar Qasımov (100 kq) və Şahin Qəhrəmanov (100 kq-dan yuxarı) təmsil edəcəklər.

Qadın cüdoçuların yarışında Aişə Qurbanlı (48 kq), Gültac Məmmədəliyeva (52 kq) və İrina Kindzerskaya (78 kq-dan yuxarı) birincilik uğrunda mübarizə aparacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.