İDMAN


Cüdoçularımız “EYOF Bakı 2019”un yarımfinalına vəsiqə qazanıblar

Bakı, 25 iyul, Leyla Qurbanova, AZƏRTAC

Azərbaycan cüdoçuları XV Avropa Gənclər Olimpiya Festivalında uğurla çıxış edərək yarımfinala vəsiqə qazanıblar.

AZƏRTAC xəbər verir ki, mübarizəyə səkkizdəbir finaldan başlayan komandamızın bayraqdarı Vüqar Talıbov (73 kq) əvvəlcə Dzianis Yauseyenkanı (Belarus), sonra çexiyalı Adam Kopeçkini ipponla məğlub edərək yarımfinala adlayıb.

Aytac Qardaşxanlı (57 kq) isə dörddəbir finalda rumıniyalı Florentina İvaneskuya qızıl xalla qalib gələrək yarımfinala vəsiqə qazanıb. İdmançımız onaltıdabir finalda Erika Vauhkonen (Finlandiya), səkkizdəbir finalda isə Böyük Britaniya təmsilçisi İzobel Kitçen ilə görüşlərdə ipponla qalib gəlib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.