İDMAN


Cüdoçularımız İtaliyada təlim-məşq toplanışında iştirak edirlər

Bakı, 9 oktyabr, AZƏRTAC

İtaliyanın paytaxtı Romada Avropa Cüdo İttifaqının ənənəvi təlim-məşq toplanışı keçirilir.

AZƏRTAC xəbər verir ki, həm kişilər, həm də qadınlardan ibarət milli komandalarımızın üzvləri də toplantıda iştirak edirlər.

Beynəlxalq təlim-məşq toplanışına Fransa, İtaliya, Rusiya, Koreya Respublikası, Niderland, Almaniya, Belçika, Avstriya, Monqolustan, Sloveniya, İsveç, Çexiya, Ukrayna və digər ölkələrin ən güclü cüdoçuları qatılıblar. Komandamızın hazırlıq prosesində iştirakı oktyabrda Əbu-Dabi şəhərində keçiriləcək “Böyük dəbilqə” və Avstraliyada təşkil ediləcək beynəlxalq turnirə hazırlıq məqsədi daşıyır.

Hər iki yarış Tokio Olimpiadasına lisenziya xalları verir. Təlim-məşqə oktyabrın 11-də yekun vurulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.