İDMAN
Cüdoçularımız Kazanda təlim-məşq toplanışı keçirlər
Bakı, 11 may, AZƏRTAC
Rusiyanın Kazan şəhərində cüdo üzrə beynəlxalq təlim-məşq toplantısı keçirilir.
Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, toplantıda dünyanın ən güclü cüdoçuları ilə yanaşı, Azərbaycan millisinin üzvləri də iştirak edirlər. Beynəlxalq Cüdo Federasiyasının təşkilatçılığı ilə baş tutan məşqlərə Azərbaycanla yanaşı Rusiya, Fransa, Yaponiya, Koreya Respublikası, Monqolustan, Almaniya, İtaliya, Belçika, Avstriya, Braziliya, Çexiya, Belarus, Özbəkistan, İspaniya, Gürcüstan, Hollandiya, Moldova, Qazaxıstan və digər ölkələrin yığmaları qatılıb.
Kazanda keçirilən təlim-məşqlərdə Olimpiya, dünya, qitə çempionatlarının mükafatçıları, onların məşqçiləri iştirak edirlər. Milli komandamızın üzvləri qarşıdakı dünya çempionatı və Olimpiya Oyunlarına hazırlıq çərçivəsində baş məşqçi Ruslan Maşurenko və məşqçi Elxan Məmmədovun başçılığı altında gündə 2 dəfə məşq edirlər.
Beynəlxalq təlim-məşq toplanışı mayın 15-dək davam edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [18:52]
Azərbaycan Kubokunda ilk finalçı bəlli olub
- 24.04.2024 [17:46]
Azərbaycan və Gürcüstan voleybol sahəsində əməkdaşlığı genişləndirir
- 24.04.2024 [17:06]
Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
- 24.04.2024 [16:52]
Region Liqası: Final oyununun yeri və başlama saatı açıqlanıb
- 24.04.2024 [14:51]
NBA-da müntəzəm mövsümün ən yaxşı oyunçusu bəlli olub
- 24.04.2024 [14:14]
Azərbaycan avarçəkənləri lisenziya turnirində iştirak edəcəklər
- 24.04.2024 [13:54]
Azərbaycan tennisçisi beynəlxalq yarışda medal qazanıb
- 24.04.2024 [12:54]