İDMAN


Cüdoçularımız Parisdə “Böyük dəbilqə” turnirində güclərini sınayacaqlar

Cüdoçularımız Parisdə “Böyük dəbilqə” turnirində güclərini sınayacaqlar

Bakı, 3 fevral, AZƏRTAC

Fevralın 4-5-də Parisdə cüdo üzrə “Böyük dəbilqə” turniri keçiriləcək. İki gün davam edəcək turnirdə dünyanın 85 ölkəsindən 535 idmançı iştirak edəcək.

AZƏRTAC xəbər verir ki, Azərbaycan milli komandası yarışda 7 çəki dərəsində 9 cüdoçu ilə təmsil olunacaq.

Cüdoçularımız mötəbər yarışda performans direktoru Mark van der Ham, böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman və böyük məşqçi Elçin İsmayılovun rəhbərliyi altında çıxış edəcəklər. Medallar uğrunda Balabəy Ağayev (60 kq), Yaşar Nəcəfov (66 kq), Nurlan Osmanov (73 kq), Elcan Hacıyev, Zelim Tçkayev (hər ikisi 81 kq), Murad Fətiyev (90 kq), Zelim Kotsoyev (100 kq) və Uşanqi Kokauri və Camal Qamzatxanov (hər ikisi 100 kq-dan yuxarı) mübarizə aparacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.