İDMAN


Cüdoçularımız Polşada beynəlxalq təlim-məşq toplanışında iştirak edirlər

Bakı, 6 avqust, AZƏRTAC

Polşanın Zakopane şəhərində cüdo üzrə beynəlxalq təlim-məşq toplanışı başlayıb.

Azərbaycan Cüdo Federasiyasından AZƏRTAC-a bildiriblər ki, avqustun 17-dək davam edəcək hazırlıq prosesində böyüklərdən ibarət milli komandamızın 14 cüdoçusu iştirak edir. Milli komandaya baş məşqçi Riçard Trautman, böyük məşqçilər Elçin İsmayılov və Mehman Əzizov, fiziki hazırlıq üzrə məşqçi Həsrət Məhəmmədov rəhbərlik edirlər.

Təlim-məşq toplanışı oktyabrın 6-12-dək Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçiriləcək böyüklər arasında dünya çempionatına hazırlıq məqsədi daşıyır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.