İDMAN


Cüdoçularımız Sloveniyada Avropa Kuboku turnirində iştirak edəcəklər

Bakı, 1 oktyabr, AZƏRTAC

Oktyabrın 1-2-də Sloveniyanın Sele şəhərində böyüklər arasında cüdo üzrə Avropa kuboku turniri keçiriləcək. Turnirdə 24 ölkədən 260 idmançı iştirak edəcək.

AZƏRTAC xəbər verir ki, Azərbaycan bu yarışda 18 nəfərdən ibarət heyətlə təmsil olunacaq. Belə ki, turnirdə qadınlar arasında Ramilə Əliyeva (48 kq), Zeynəb Məmmədova, Ülviyyə Bayramova (52 kq), Gülnarə Bayramova (57 kq), Aytəkin Paşazadə (78 kq) mübarizə aparacaqlar.

Kişilərin yarışında isə Kənan İsmayılov, Rəşad Yelkiyev (60 kq), Ruslan Paşayev, Samir Piriyev, Tofiq Məmmədov, Samir İsmayılov (66 kq), Nəriman Mirzəyev, Rəşid Məmmədəliyev (73 kq), Məhərrəm İmamverdiyev, Adil Adilzadə (81 kq), İbrahim Ağakişiyev (90 kq), Süleyman Yaqubov (100 kq), Camal Qamzatxanov (+100 kq) güclərini sınayacaqlar.

Cüdoçularımıza gənclərdən ibarət yığmanın baş məşqçisi Elxan Məmmədov, böyüklərdən ibarət yığmanın böyük məşqçisi Mehman Əzizov və qadınlardan ibarət yığmanın məşqçisi Elnur İsmayılov rəhbərlik edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.