İDMAN
Cüdoçularımız Türkiyədə İBSA Dünya Kubokunun ilk günündə 4 medal qazanıb
Bakı, 22 aprel, AZƏRTAC
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin cüdo idman növü üzrə milli komandasının üzvü Hüseyn Rəhimli Türkiyənin Antalya şəhərində keçirilən İBSA Dünya Kubokunda qızıl medal qazanıb.
Milli Paralimpiya Komitəsindən AZƏRTAC-a bildirilib ki, ümumilikdə cüdoçularımız yarışın ilk günündə bir qızıl, bir gümüş və 2 bürünc medal qazanıblar.
İdmançılarımızdan Hüseyn Rəhimli (81 kq) qızıl, Sevda Vəliyeva (52 kq) gümüş, Orxan Qarayev (60 kq) və Səbinə Abdullayeva (57 kq) isə bürünc medallara sahib olublar.
Sabah yarışlar davam edəcək.
Qeyd edək ki, milli komandamız bu yarışa Azərbaycan Cüdo Federasiyası və “Neftçi” İdman Klubunun dəstəyi ilə qatılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [16:34]
Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb
- 25.04.2024 [16:27]
Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar
- 25.04.2024 [16:22]
“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik
- 25.04.2024 [14:12]
“Qəbələ”nin hücumçusu Türkiyədə əməliyyat olunub
- 25.04.2024 [12:53]
Bürünc medalçı: Növbəti mövsüm də yüksək yerlər uğrunda mübarizə aparacağıq
- 25.04.2024 [11:58]