İDMAN
Yeniyetmə cüdoçular Avropa kubokunda üç medal qazanıblar
Bakı, 21 iyun, AZƏRTAC
Xorvatiyada yeniyetmə cüdoçular arasında Avropa kuboku turniri keçirilib. Beynəlxalq turnirdə mübarizə aparan yeniyetmələrdən ibarət cüdo komandamız aktivinə üç medal yazdırıb.
AZƏRTAC xəbər verir ki, oğlanların mübarizəsində İslam Rəhimov (55 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. Yığmamızın digər üzvü 73 kiloqram çəki dərəcəsində yarışan cüdoçumuz Məmmədrza Hacızadə yalnız final görüşündə uduzaraq gümüş medala sahib olub. Bürünc medalı isə 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Zahir Ağazadə qazanıb.
Beləliklə, Azərbaycan cüdoçuları Xorvatiya turnirini bir dəst medalla başa vurublar.
Beynəlxalq yarışda Avropanın 27 ölkəsindən 368 cüdoçu medallar uğrunda mübarizə aparıb. Azərbaycanı turnirdə 11 cüdoçu təmsil edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [17:57]
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
- 28.03.2024 [17:11]
Premyer Liqa: Dörd oyuna hakim təyinatları açıqlanıb
- 28.03.2024 [17:09]
Azərbaycan ağırlıqqaldıranları üçün antidopinqlə bağlı seminar keçirilib
- 28.03.2024 [16:16]
Dünyanın futbol üzrə ən dəyərli “onbirliyi” açıqlanıb
- 28.03.2024 [14:22]