İDMAN


Cüdoçularımız dünya çempionatında mübarizə aparacaqlar

Bakı, 15 may, AZƏRTAC

İyunun 6-dan 13-dək Macarıstanda cüdo üzrə dünya çempionatı keçiriləcək.

AZƏRTAC xəbər verir ki, Budapeşt şəhərində təşkil ediləcək lisenziya xarakterli yarışda Azərbaycanın 13 cüdoçusunun iştirakı planlaşdırılır. Belə ki, kişilər arasında Davud Məmmədsoy, Kəramət Hüseynov (hər ikisi 60 kq), Orxan Səfərov, Nicat Şıxəlizadə (hər ikisi 66 kq), Nurlan Osmanov (73 kq), Murad Fətiyev, Hidayət Heydərov (hər ikisi 81 kq), Elmar Qasımov (100 kq), Uşangi Kokauri (100 kiloqramdan yuxarı) mübarizə aparacaqlar.

Qadınların yarışında isə Aişə Qurbanlı, Leyla Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva (52 kq), İrina Kindzerska (78 kiloqramdan yuxarı) güclərini sınayacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.