İDMAN


Cüdoçularımız gənclər arasında dünya çempionatında iştirak edəcəklər

Bakı, 21 sentyabr, AZƏRTAC

Oktyabrın 6-da İtaliyanın Olbia şəhərində gənclər arasında cüdo üzrə dünya çempionatı start götürəcək.

AZƏRTAC xəbər verir ki, yarışda ölkəmizi 9 idmançı təmsil edəcək. Belə ki, kişilər arasında Turan Bayramov (60 kq), Kamran Süleymanov, Rəşad Quluzadə (66 kq), Nəriman Mirzəyev (73 kq) və Elcan Hacıyev (81 kq) mübarizə aparacaqlar.

Qadınların yarışında isə ölkəmizi Aydan Vəliyeva (48 kq), Səbinə Əliyeva (52 kq), Rita Əliyeva (57) və Nərmin Əmirli (78 kq) təmsil edəcəklər.

Dünya çempionatı oktyabrın 10-da başa çatacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.