İDMAN


Cüdoçumuz Avropa çempionatında bürünc medal uğrunda mübarizə aparacaq

Bakı, 18 aprel, AZƏRTAC

Portuqaliyanın paytaxtı Lissabonda cüdo üzrə Avropa çempionatında cüdoçumuz bürünc medal uğrunda mübarizə aparacaq.

AZƏRTAC xəbər verir ki, kişilər arasında yarışan Zelim Kotsoyev (100 kq) əvvəlcə avstriyalı Ayron Fara, daha sonra macarıstanlı Jombor Veqi məğlub etsə də, dörddəbir finalda Gürcüstan təmsilçisi İlya Sulamanidzenin öhdəsindən gələ bilməyib. Təsəlliverici görüşdə fransalı Siril Maret üzərində qələbə qazanan cüdoçumuz bürünc medal görüşünə vəsiqə qazanıb. Növbəti mərhələdə onun rəqibi rusiyalı Niyaz İlyasov olacaq.

Qeyd edək ki, hələlik komandamızın aktivində 1 medal var. Belə ki, 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Kəramət Hüseynov bürünc medal qazanıb.

Qitə çempionatında 45 ölkədən 300-dən çox idmançı mübarizə aparır. Yarışda Azərbaycanı 9 idmançı təmsil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.