İDMAN


Cüdoçumuz İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib

Bakı, 30 iyul, AZƏRTAC

Azərbaycanın qadın cüdoçusu İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib.

AZƏRTAC xəbər verir ki, 78 kiloqramdan yuxarı çəki dərəcəsində çıxış edən idmançımız dörddəbir final mərhələsində Mijin Handa (Koreya Respublikası) üstün olub. Cüdoçumuzun növbəti mərhələdə yaponiyalı Akira Sone ilə qarşılaşacaq.

Cüdoçumuz ilk görüşünü Larisa Tseriçə (Bosniya və Herseqovina) qarşı keçirib və ipponla qələbə qazanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.