İDMAN


Cüdoçumuz Nicat Şıxəlizadə “Böyük dəbilqə” beynəlxalq turnirinin yarımfinal mərhələsinə vəsiqə qazanıb

Bakı, 10 may, AZƏRTAC

Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan “Böyük dəbilqə” beynəlxalq turnirində cüdoçumuz Nicat Şıxəlizadə yarımfinala yüksəlib.

AZƏRTAC xəbər verir ki, turnirdə 66 kiloqram çəki dərəcəsində çıxış edən cüdoçumuz Nicat Şıxəlizadə əvvəlcə türkmənistanlı Muhammed Kossekova, daha sonra isə Qvineya-Bissau təmsilçisi Dioqo Sezara qalib gəlib. Rusiya təmsilçisi Yakub Şamilovu da məğlub edən təmsilçimiz dörddəbir finalda Ukrayna idmançısı Boqdan Yadovu üstələyib. Finala gedən yolda idmançımız monqolustanlı Baskxu Yondonperenley ilə qarşılaşacaq.

Üç gün davam edəcək nüfuzlu yarışda 57 ölkədən 449 cüdoçu mübarizə aparır. Azərbaycan millisi bu turnirdə 43 idmançı (28 oğlan, 15 qız) ilə təmsil olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.