İDMAN


Cüdoçumuz Nicat Şıxəlizadə dünya çempionatına uğurla başlayıb

Bakı, 26 avqust, AZƏRTAC

Avqustun 26-da Yaponiyanın paytaxtı Tokioda keçirilən dünya çempionatının ikinci günündə üç cüdoçumuz mübarizəyə başlayıb.

AZƏRTAC xəbər verir ki, təmsilçimiz Nicat Şıxəlizadə (66 kq) vyetnamlı Quoc Xuan, qazaxıstanlı Yerlan Serikcanov və daha sonra qırğızıstanlı Almaz Altınbek Uulunu məğlub edərək səkkizdəbir finala yüksəlib. Növbəti mərhələdə cüdoçumuz misirli Məhəmməd Abdelmaugoud və monteneqrolu Yusuf Nurkoviç cütünün qalibi ilə mübarizə aparacaq.

Digər təmsilçilərimiz Gültac Məmmədəliyeva (52 kq) mozambikli Jaciro Ferreyra, Larisa Florian (52 kq) isə Honq-Konq cüdoçusu Şuk Ki Çui ilə qarşılaşmalarda qalib gəlsələr də, onaltıdabir finalda uduzublar.

Qeyd edək ki, yarışların ilk günü üç cüdoçumuz mübarizə aparıb. Onların hər üçü - Davud Məmmədsoy (60 kq), Aişə Qurbanlı və Leyla Əliyeva (hər ikisi 48 kq) yarışı medalsız tərk ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.