İDMAN


Cüdoçumuz Nicat Şıxəlizadə dünya çempionatında mübarizəni 1/16 finalda dayandırıb  YENİLƏNİB

Bakı, 21 sentyabr, AZƏRTAC 

Cüdo üzrə dünya çempionatının 1/32 final mərhələsində misirli Mohamed Abdelmavqudu məğlub edən Azərbaycan cüdoçusu Nicat Şıxəlizadə 1/16 finalda braziliyalı Daniel Karqninə uduzub.

Beləliklə, 66 kiloqram çəki dərəcəsində çıxış edən cüdoçumuz dünya çempionatında mübarizəni dayandırıb.

11:27

Azərbaycan cüdoçusu Nicat Şıxəlizadə 1/32 final mərhələsində misirli Mohamed Abdelmavqudu məğlub edib.

Cüdoçumuz 1/16 final mərhələsində braziliyalı Daniel Karqnin ilə qarşılaşacaq.

 10:46

Bakıda keçirilən cüdo üzrə dünya çempionatında 66 kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycan cüdoçusu Nicat Şıxəlizadənin 1/32 final mərhələsindəki rəqibi müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, milli komandamızın üzvü bu mərhələdə misirli Mohamed Abdelmavqud ilə qarşılaşacaq.

Xatırladaq ki, Milli Gimnastika Arenasında cüdo üzrə dünya çempionatında 125 ölkədən 800-dək kişi və qadın idmançı 14 çəki dərəcəsində mübarizə aparır. Bu gün 66 kiloqram çəki dərəcəsində kişilər, 52 kiloqram çəki dərəcəsində isə qadınlar tatami üzərinə çıxıblar.

Çempionat sentyabrın 27-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.