İDMAN


Cüdoçumuz Paris “Böyük dəbilqə” turnirində fransız idmançını məğlub etdi VİDEO

Bakı, 4 fevral, AZƏRTAC

Parisdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndi. Fevralın 4-də Fransanın paytaxtı Paris şəhərində keçirilən “Böyük dəbilqə” turnirinin ilk günündə 60 kiloqram çəki dərəcəsində yarışan Balabəy Ağayev qızıl medal qazanıb.

AZƏRTAC xəbər verir ki, Balabəy Ağayev final görüşündə Fransa təmsilçisi Sedrik Revolu məğlub edib.

Balabəy Ağayev ardıcıl olaraq Matteus Takaki (Braziliya), Tsoqt-Oçir Byambajav (Monqolustan), Temur Nozadze (Gürcüstan) və Kamoliddin Baxtıyarovu (Özbəkistan) geridə qoyub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.