İDMAN


Cüdoçumuz Rüstəm Orucov “Böyük dəbilqə” turnirinin gümüş medalına sahib olub

Bakı, 24 fevral, AZƏRTAC

Azərbaycan cüdoçusu Rüstəm Orucov Almaniyanın Düsseldorf şəhərində keçirilən “Böyük dəbilqə” turnirində gümüş medala sahib olub.

AZƏRTAC xəbər verir ki, 73 kiloqram çəki dərəcəsində mübarizə aparan 27 yaşlı idmançı avstraliyalı Ceyk Benstedi, tacikistanlı Bəhruz Xocazodanı, ermənistanlı Ferdinand Karapetyanı məğlub edərək yarımfinala yüksəlib. Yarımfinalda almaniyalı İqor Vandtkeni məğlub edən idmançımız finalda yaponiyalı Şohei Ono ilə qarşılaşıb. Yaponiyalı idmançı üstün olduğundan cüdoçumuz turniri gümüş medalla başa vurub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.