İDMAN


Cüdoçumuz Rüstəm Orucov “World Masters” turnirinin qalibi olub VİDEO

Bakı, 15 dekabr, AZƏRTAC 

Azərbaycan cüdoçusu Rüstəm Orucov Çinin Quançjou şəhərində keçirilən “World Masters” turnirinin qalibi olub.

AZƏRTAC xəbər verir ki, turnirdə 73 kiloqram çəkidə mübarizə aparan Olimpiya Oyunlarının bürünc mükafatçısı R.Orucov bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. O, həlledici görüşdə kanadalı Artur Marjelidonu məğlub edib.

İki gün davam edəcək turnirdə daha 4 cüdoçumuz tatami üzərinə çıxacaq. Dekabrın 16-da Məhəmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov (100 kq), Uşanqi Kokauri (100 kq-dan yuxarı) və İrina Kindzerskaya (78 kq-dan yuxarı) mübarizə aparacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.