İDMAN


Cüdoçumuz Səid Mollayi Antalyada “Böyük dəbilqə” turnirinin finalına yüksəlib

Cüdoçumuz Səid Mollayi Antalyada “Böyük dəbilqə” turnirinin finalına yüksəlib

Bakı, 1 aprel, AZƏRTAC

Azərbaycan cüdoçusu Səid Mollayi Antalyada keçirilən “Böyük dəbilqə” turnirinin finalına yüksəlib.

AZƏRTAC xəbər verir ki, turnirdə 81 kiloqram çəki dərəcəsində çıxış edən cüdoçumuz yarımfinalda Şarofiddin Boltaboyevi (Qazaxıstan) məğlub edib.

Təmsilçimiz qızıl medal uğrunda görüşdə belçikalı Mattias Kasse ilə üz-üzə gələcək.

Eyni çəkidə mübarizə aparan digər cüdoçumuz Zelim Tçkayev səkkizdəbir finalda fransalı Alfa Umar Caloya məğlub olub.

Turnirdə 73 kiloqram çəki dərəcəsində mübarizə aparan çüdoçularımız Hidayət Heydərov yarımfinalda Manuel Lombardoya (İtaliya) uduzub. Nurlan Osmanov təsəlliverici qarşılaşmada Moldova idmançısı Adil Osmanova qalib gələrək bürünc medal uğrunda görüşdə məhz H.Heydərova rəqib olub.

Aprelin 2-də yekun vurulacaq turnirdə 85 ölkədən 349 kişi, 266 qadın cüdoçu mübarizə aparacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.