İDMAN


Cüdoçumuz Turan Bayramov “Böyük dəbilqə” turnirinin finalına yüksəlib

Cüdoçumuz Turan Bayramov “Böyük dəbilqə” turnirinin finalına yüksəlib

Bakı, 24 mart, AZƏRTAC

Azərbaycan cüdoçusu Turan Bayramov Tbilisidə keçirilən “Böyük dəbilqə” turnirinin finalına yüksəlib.

AZƏRTAC xəbər verir ki, turnirdə 60 kiloqram çəki dərəcəsində çıxış edən idmançımız yarımfinalda qazaxıstanlı Kanat Seilkhana ipponla qalib gəlib. Cüdoçumuz qızıl medal uğrunda görüşdə gürcüstanlı Giorgi Sardalaşvili ilə üz-üzə gələcək.

Qadınların yarışında Gültac Məmmədəliyeva (52 kq) təsəlliverici görüşdə belçikalı Amber Ryheulu məğlub edib. O, bürünc medal uğrunda qarşılaşmada qüvvəsini sınayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.