İDMAN


Cüdoçumuz "EYOF Bakı 2019"un bürünc medalı uğrunda mübarizə aparacaq

Bakı, 25 iyul, Leyla Qurbanova, AZƏRTAC

Azərbaycan cüdoçusu XV Avropa Gənclər Olimpiya Festivalının bürünc medalı uğrunda mübarizə aparacaq.

AZƏRTAC xəbər verir ki, mübarizəyə səkkizdəbir finaldan başlayan Mətin Rzazadə (66 kq) Elquca Şinçaraşviliyə (Gürcüstan) qalib gəlsə də, növbəti mərhələdə rusiyalı Sayxan Şabixanova məğlub olub.

Təsəlliverici görüşdə iştirak hüququ qazanan idmançımız əvvəlcə kosovolu Festim Begiriyə, daha sonra çexiyalı Filip İvankaya qalib gələrək üçüncü yer uğrunda mübarizə aparmaq şansı əldə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.