İDMAN


Cüdoçumuz "EYOF Bakı 2019"un bürünc medalını qazanıb VİDEO

Bakı, 26 iyul, Leyla Qurbanova, AZƏRTAC

Azərbaycan cüdoçusu XV Avropa Gənclər Olimpiya Festivalının cüdo yarışlarında bürünc medal qazanıb.

AZƏRTAC xəbər verir ki, oğlanların mübarizəsində üçüncü yer uğrunda döyüşən Məhərrəm İmamverdiyev (81 kq) israilli İftaç Badaşı vazari xalı ilə məğlub edərək bürünc medala sahib olub.

O, təsəlliverici görüşlərdə əvvəlcə isveçli Karl Baathı vazari xalı, daha sonra slovakiyalı Ret Samuelİ ipponla məğlub edib.

Digər bürünc medalı Qleb Zamkovovu məğlub edən ukraynalı Timur Valiyev qazanıb.

Bu çəki dərəcəsində yarışın qalibi gürcüstanlı Akaki Caparidzeni məğlub edən fransalı cüdoçu Arnaud Aregba olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.