İDMAN


Cüdoçumuz dünya çempionatında bürünc medal qazanıb

Bakı, 6 iyun, AZƏRTAC

Budapeştdə cüdo üzrə dünya çempionatı davam edir.

AZƏRTAC xəbər verir ki, turnirdə cüdoçumuz Kəramət Hüseynovun (60 kq) üçüncü yer uğrunda qazaxıstanlı Magzhan Şamsadini məğlub edərək bürünc medal qazanıb.

Qeyd edək ki, təmsilçimiz otuzikidəbir finalda Mohammad Raşnonezad (Beynəlxalq Cüdo Federasiyası), onaltıdabir finalda Nikolae Foça (Moldava), səkkizdəbir finalda Yaponiya təmsilçisi Ryuju Naqayamaya ilə qarşılaşmalarda qələbə qazansa da dörddəbir finalda fransalı Valide Xyara (FRA) məğlub olub. K.Hüseynov təsəlliverici görüşdə monqolustanlı Unubold Lxaqbayamtsa qalib gəlib.

Turnirin birinci günündə 4 cüdoçumuz mübarizə aparıb. Belə ki, Davud Məmmədsoy (60 kq) startda Romarik Vend-Yam Buda (Fransa), Leyla Əliyeva Rusiya təmsilçisi Sabina Gilyazovaya, Aişə Qrbanova (hər ikisi 48 kq) isə ispaniyalı Julia Fiqqueroaya start görüşündə məğlub olublar.

Tokio Olimpiadasına lisenziya xarakterli yarışa Azərbaycan 12 cüdoçu ilə qatılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.