REGİONLAR


Culfa-Ordubad avtomobil yolu yenidən qurulur

Naxçıvan, 20 avqust, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasında Culfa-Ordubad magistral avtomobil yolunun müxtəlif hissələrində tikinti işləri davam etdirilir.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, layihəyə əsasən, Culfa-Ordubad avtomobil yolunun Culfa-Yaycı hissəsi dörd, Yaycı-Ordubad hissəsi isə ikizolaqlı olacaq. Yolun Culfa rayonu ərazisindən keçən hissəsində torpaqbərkitmə işləri yekunlaşdırılıb, asfalt örtük vurulub. Hazırda yolun Düylün-Dəstə kəndləri ərazisindən keçən hissəsində yol yatağı genişləndirilir, yeni körpü və suötürücülər tikilir, digər hissələrində torpaq işləri aparılır. Ümumi uzunluğu 48 kilometr olan yolun keçdiyi yerlərdə 120 su keçidi və 6 körpü salınacaq. Asfalt örtüyünü yağış sularından qorumaq üçün yol kənarlarında 28 kilometr uzunluğunda su kanalı tikiləcək.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2018-ci il mayın 16-da “Naxçıvan Muxtar Respublikasında Culfa-Ordubad magistral avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb və yolun tikintisinə 30 milyon manat vəsait ayrılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.