REGİONLAR


Culfa rayonunda növbəti humanitar tibbi aksiya təşkil olunub

Culfa, 14 oktyabr, AZƏRTAC

Naxçıvan Muxtar Respublika Xəstəxanası tərəfindən Culfa rayonunda keçirilən növbəti humanitar tibbi aksiya zamanı ahıl və yataqda olan pasiyentlərə evlərində xidmət göstərilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, gün ərzində laborator təhlillər aparılıb, ultrasəs müayinəsi keçirilib. Sağlamlığa dair məlumatlar və xəstəliklərə səbəb olan risk faktorları ilə bağlı pasiyentlərə tövsiyələr verilib.

Qeyd edək ki, tibbi aksiyada uroloq, endokrinoloq, nevropatoloq, LOR, cərrah, radioloq, travmatoloq və digər ixtisaslı həkimlər iştirak ediblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.