REGİONLAR


Culfa rayonunda sahələrdə əkin işləri aparılır

Culfa, 17 aprel, AZƏRTAC

Muxtar respublikanın Culfa rayonunun təsərrüfatçıları martın ilk günlərindən başlayaraq bu günədək 250 hektardan artıq sahədə yaz əkinləri üçün şum aparıblar.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, rayonun Dizə, Gülüstan, Camaldın, Bənəniyar kəndlərində, ümumilikdə, 6 hektardan artıq sahədə kartof əkilib. Dağətəyi kəndlərdə isə əkinə hazırlıq işləri görülür. Camaldın, Ərəzin, Kırna, Bənəniyar kəndlərində 8,1 hektardan çox noxud, Gülüstan və Bənəniyar kəndlərində isə 0,5 hektara yaxın sarımsaq əkilib.

Təsərrüfatçılar tərəfindən 36 hektardan artıq sahəyə yonca toxumu səpilib. Camaldın, Yaycı kəndlərində bu sahənin genişləndirilməsinə diqqət yetirilir. Soğan əkini üçün daha çox əlverişli olan Yaycıda ailə təsərrüfatçıları 6,7 hektarda səpin aparıblar.

Son zamanlar ailə təsərrüfatlarında meyvəçiliyin inkişafı sürətləndirilib və mart-aprel aylarında 5 hektara yaxın meyvə bağı salınıb. Ailə təsərrüfatlarında meyvəçiliyi genişləndirən təsərrüfatçı İlyas Məmmədov Gülüstan kəndində icarəyə götürdüyü 3 hektar bələdiyyə torpağında yerli şəraitə uyğun 1700 ting əkərək yeni meyvə bağı salıb. Natiq Məmmədov isə Camaldın kəndində 1,2 hektar sahəni bağ üçün ayırıb. Əbrəqunus kəndində də meyvəçiliyin inkişaf etdirilməsinə maraq artıb. Təsərrüfatçı Əliqulu Əsgərov 0,5 hektarda 300 ədəd meyvə tingi əkib. Kırna kənd sakini Fatma Əliyeva isə qızılgül əkininə üstünlük verir. O, ailə təsərrüfatında 0,2 hektar sahədə 350 ədəd qızılgül kolu əkini aparıb.

Qeyd edək ki, Culfa rayonunda ötən ilin payızında cari ilin məhsulu üçün 6399 hektarda taxıl əkini aparılıb. Bunun da 5381 hektarı buğda, 1018 hektarı arpadır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.