REGİONLAR


Culfa rayonunda tibbi müayinələrdən keçirilənlərin sayı 250 nəfəri ötüb

Culfa, 2 iyun, AZƏRTAC

“Naxçıvan Diaqnostika Müalicə Mərkəzi” Publik Hüquqi Şəxsin müxtəlif ixtisaslı 10 həkimdən və EKQ üzrə tibb bacısından ibarət tibb heyətinin iştirakı ilə Culfa rayonunda humanitar tibbi aksiya keçirilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, növbəti aksiyada otorinolorinqoloq 18, dermatoveneroloq 24, oftalmoloq 15, invaziv kardioloq 35, terapevt isə 18 pasiyenti müayinədən keçirib. Xəstəxanaya müraciət edənlər, həmçinin endokrinoloq, nevropatoloq, ürək-damar cərrahı, ümumi cərrah, nefroloq tərəfindən də müayinələrlə əhatə olunublar. 30 nəfər isə elektrokardioqrafiya müayinəsindən yararlanıb, onlara tibbi göstərişlər verilib.

Axşam saatlarınadək davam edən humanitar tibbi aksiyada, ümumilikdə, 252 nəfərin müayinəsi həyata keçirilib. 3 nəfər müalicə üçün Diaqnostika Müalicə Mərkəzinə dəvət olunub.

Culfa rayonunun Ərəfsə kəndindən Şahin Həsənov, Culfa şəhərindən Çərkəz Sultanov, Sura Məmmədova başqa yerlərə getmədən, ərazidə yerləşən səhiyyə müəssisəsində müayinə olunduqlarına görə minnətdarlıq edib, bütün bunları aztəminatlı ailələrdən olan xəstələrə yönəldilmiş xüsusi sağlamlıq layihələrinin uğurlu icrası kimi dəyərləndiriblər.

Diaqnostika Müalicə Mərkəzinin həkim və tibb işçiləri yerli həkimlərə tibbi avadanlıqların işləmə qaydalarını da öyrədiblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.