REGİONLAR


Culfa rayonunun ailə təsərrüfatçıları 1 ton 200 kiloqramdan çox almanı hərbçilərimizə sovqat veriblər

Culfa, 7 oktyabr, AZƏRTAC

Dövlət dəstəyindən bəhrələnən, onlara yaradılan şəraitdən səmərəli istifadə edərək meyvə bağları salan muxtar respublikanın Culfa rayonunun ailə təsərrüfatçıları bağlarından topladıqları 1 ton 200 kiloqramdan çox almanı sovqat kimi hərbi hissəyə veriblər.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bununla əlaqədar Culfa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən görüşdə dövlət-ordu-xalq birliyindən bəhs olunub. Bildirilib ki, əsgərlərlə həmrəylik nümayiş etdirilməsi, onlara sovqatların aparılması xalqımızın öz ordusuna olan sevgi və ehtiramının daha bir ifadəsidir.

Qeyd edək ki, muxtar respublikada sakinlərin, dövlət qurumlarının, müəssisə və təşkilatların, ayrı-ayrı sahibkarlıq subyektlərinin hərbi hissələrə gələrək hərbçilərimizlə görüşməsi, onlara sovqat göndərməsi bir ənənə halını alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.