Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Culfa şəhərinin Heydər Əliyev prospekti yenidən qurulub

Culfa, 15 may, AZƏRTAC

Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “Biz müstəqillik şəraitində həyatımızın bütün sahələrini vətəndaşlarımızın tələbatına uyğun olaraq inkişaf etdirməli, qurub yaratmalıyıq”.

Bu gün muxtar respublikanın şəhər, rayon, qəsəbə və kəndlərini əhatə edən inkişaf, sabitlik və rifah Ümummilli Liderin siyasi xəttinin bəhrəsidir. Culfa şəhərində və rayonun kəndlərində aparılan quruculuq işləri insan amilinə verilən dəyəri ifadə edir. Rayonda dayanıqlı iqtisadi sistemin formalaşdırılması, yeni iş yerlərinin açılması sakinlərin rahat yaşayışına səbəb olub, abadlıq-quruculuq tədbirləri Culfa şəhərini müasir görkəmə qovuşdurub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, mayın 15-də Culfa şəhərinin Heydər Əliyev prospekti əsaslı yenidənqurma işlərindən sonra istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib, görülən işlərlə tanış olub.

Məlumat verilib ki, Heydər Əliyev prospekti yenidən qurulub, 2700 metrlik avtomobil yolu genişləndirilərək yeni asfalt örtük salınıb, 78 su keçidi qoyulub. 4 zolaqlı yolda 58 yeni işıqlandırma dirəyi quraşdırılıb, kənarlarda səki salınıb, 2053 metr uzunluğundakı suvarma sistemləri yenisi ilə əvəz olunub.

Prospektdəki 7 ictimai yaşayış binasının fasadı, fərdi yaşayış evlərinin isə çardaq və hasarları da təmir edilib.

Culfa rayonunda Yeni Nəsil Telekommunikasiya Sistemi və Rabitə Evi istifadəyə verilib

Muxtar respublikada informasiya-kommunikasiya sisteminin təkmilləşdirilməsi və yeni texnologiyaların tətbiqi sahəsində kompleks tədbirlər həyata keçirilir. Maddi-texniki bazanın gücləndirilməsi iqtisadiyyatın bütün sahələrində yeni texnologiyaların uğurla tətbiqinə, yaşayış məntəqələrində poçt-rabitə xidmətlərinin səviyyəsinin yüksəldilməsinə səbəb olub. Hazırda muxtar respublikanın ən ucqar dağ kəndi də sürətli internetlə təmin olunub, sakinlərin yeni texnologiyaların imkanlarından və müasir rabitə xidmətindən istifadəsinə lazımi şərait yaradılıb.

Mayın 15-də Culfa rayonunda Yeni Nəsil Telekommunikasiya Sistemi və Rabitə Evi istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.

Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar naziri Vüsal Sevdimalıyev çıxış edərək deyib ki, muxtar respublikada rabitə sektoruna investisiyaların cəlbi müasir infrastrukturun qurulmasına səbəb olub. Artıq muxtar respublikada tam kəsintisiz telekommunikasiya sistemi mövcuddur. Naxçıvanın beynəlxalq Trans-Avrasiya fiber-optik magistrallarına ikitərəfli çıxışı təmin edilib. Fiber-optik kabel xətləri üzərində qurulan iritutumlu telekommunikasiya şəbəkələri elektron hökumət, bank, maliyyə, vergi, təhsil, səhiyyə və digər sahələr üzrə elektron xidmətlərin təşkilinə imkan verir. Muxtar respublikanın hazırda qlobal internet sisteminə dördtərəfli çıxışı təmin edilib, bütün yaşayış məntəqələri genişzolaqlı sabit və 4-cü nəsil mobil internet xidmətləri ilə təmin olunub. Rabitə sahəsində həyata keçirilən kompleks tədbirlərin davamı olaraq Culfa rayonunda Yeni Nəsil Telekommunikasiya Sistemi və Rabitə Evi istifadəyə verilir. Vüsal Sevdimalıyev yaradılan şəraitə görə bütün rabitə işçiləri adından minnətdarlıq edib.

Culfa Rayon Rabitə İdarəsinin əməkdaşı Sevda Hüseynova deyib: “Muxtar respublikada aparılan quruculuq işləri insanların həyat səviyyəsini günbəgün yaxşılaşdırır. Kollektivimiz heç vaxt bugünkü qədər müasir və rahat iş şəraiti ilə təmin olunmamışdı. İstər binanın tikilib istifadəyə verilməsi, istərsə də yeni nəsil telekommunikasiya sistemlərinin qurulması rayonumuzda rabitənin inkişafına göstərilən qayğının bariz nümunəsidir. Artıq Culfa rayonunun bütün yaşayış məntəqələrində insanlar ən müasir rabitə xidmətindən istifadə edəcəklər”.

Culfa Rayon İcra Hakimiyyətinin başçısı Siyam Hacıyev çıxış edərək deyib ki, muxtar respublikada yeni infrastruktur sahələrinin yaradılması, tikinti-quruculuq və abadlıq işləri Culfa rayonunu da əhatə edib. Bu il Culfa şəhərində yanacaqdoldurma məntəqəsi və maye qazdoldurma stansiyası istifadəyə verilib. Hazırda Camaldın kəndində kənd və xidmət mərkəzləri, həkim ambulatoriyası, 252 yerlik məktəb binası yenidən qurulur. Culfa şəhərində “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin Yük və Sərnişin Daşımaları İdarəsi üçün vaqon təmiri sexi, idarəetmə mərkəzi və inzibati bina tikilir, Culfa Rayon Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi, Təhsil Şöbəsi, Darıdağa gedən yol və Ərəzin-Camaldın avtomobil yolu yenidən qurulur. Bununla yanaşı Camaldın körpüsünün əsaslı təmiri, Ləkətağ körpüsü tarixi abidəsinin bərpası, Qazançı kəndində yeni məscid binasının, Bənəniyar, Saltaq, Yaycı, Əlincə və Xoşkeşin kəndlərində mərasim evlərinin tikintisi, Culfa şəhərində “Şəhidlər xiyabanı”nın, 27 və 42 nömrəli yaşayış binalarının yenidən qurulması, eləcə də “Darıdağ Arsenli Su Müalicə Kompleksi”nin tikintisi davam etdirilir. 2020-ci ilin məhsulu üçün rayonda 7896 hektar sahədə əkin aparılıb ki, bunun da 7574 hektarı taxıldır. Siyam Hacıyev göstərilən qayğıya görə rayon əhalisi adından minnətdarlıq edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək deyib: Ölkəmizdə həyata keçirilən dövlət proqramlarının tərkib hissəsi kimi Naxçıvan Muxtar Respublikasında da yeni proqramlar qəbul olunaraq icra edilir. Bu gün Culfa şəhərinin Heydər Əliyev prospektinin, rayonda Yeni Nəsil Telekommunikasiya sistemi və Rabitə Evinin istifadəyə verilməsi də dövlət proqramları çərçivəsində görülən işlərdir.

Ali Məclisin Sədri bu münasibətlə rayon sakinlərini təbrik edərək deyib: Culfa rayonu 1 şəhər və 22 kənddən ibarətdir. Rayonda 47 mindən artıq əhali yaşayır. Culfa rayonunda əhalini dayanıqlı rabitə və yüksək sürətli internet xidmətləri ilə təmin etmək üçün müasir sistemin qurulmasına ehtiyac var idi. 2018-ci ilin noyabr ayında Çin Xalq Respublikasının “Huawei” şirkəti ilə bağlanmış müqavilə əsasında müasir texnologiyalar alınmış və rayonda Yeni Nəsil Telekommunikasiya sistemləri qurulmuşdur. Bu gün rayonun bütün yaşayış məntəqələrini əhatə edən 9 min 344 nömrə yerlik 28 yeni nəsil telefon stansiyası və Rabitə Evi sakinlərin istifadəsinə verilir. Hazırda Culfa rayonunda 7 minə yaxın telefon və 4 minə yaxın internet istifadəçisi vardır. Bunlar mühüm nəticələrdir. Çünki muxtar respublikada müasir telekommunikasiya sistemlərinin qurulması insanların yeni texnologiyalardan rahat istifadə etməsinə imkan verir. Culfa rayonunun timsalında bunu görmək mümkündür.

Ali Məclis Sədri deyib: Yeni nəsil telefon stansiyaları vasitəsilə əhaliyə yalnız telefon və internet deyil, eyni zamanda, 25-ə yaxın digər rabitə xidmətləri göstəriləcəkdir. Bu gün həyatı yeni texnologiyalarsız təsəvvür etmək mümkün deyil. Culfa rayonunun bütün kəndlərinə fiber-optik kabel xətlərinin çəkilməsi, yeni nəsil stansiyaların qurulması, 20 poçt bölməsinin fəaliyyət göstərməsi, 4-cü nəsil “Naxtel” mobil operatorunun, eləcə də “Azercell”, “Bakcell” və “Azerfon” mobil operatorlarının yaşayış məntəqələrini tamamilə əhatə etməsi bunu bir daha təsdiq edir. Bütün bunlar da imkan verir ki, sakinlər istənilən telekommunikasiya sistemlərindən rahat istifadə etsinlər. Rabitə Evində Culfa Rayon Rabitə İdarəsi ilə yanaşı, İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzinin Culfa rayon filialı, “Naxtel” müştəri xidmətləri və “Naxçıvanpoçt” publik hüquqi şəxsinin Culfa Rayon filialının işçiləri üçün də müasir iş şəraiti yaradılmışdır. Müasir iş şəraiti məsuliyyəti daha da artırmalı, avadanlıqlardan düzgün istifadə olunmalı və göstərilən xidmətin səviyyəsi yüksəldilməlidir. Çünki dövlətin həyata keçirdiyi bu tədbirlərin əsas məqsədi də ondan ibarətdir ki, sakinlər yaşadıqları yerlərdə hərtərəfli rabitə və internet xidmətləri ilə təmin olunsunlar, vaxtlarını daha çox öz təsərrüfatlarına və işlərinə sərf etsinlər.

Ali Məclisin Sədri bir daha sakinləri təbrik edib, yaradılan şəraitdən səmərəli istifadə olunacağına əminliyini bildirib.

Sonra Ali Məclisin Sədrinə Yeni Nəsil Telekommunikasiya Sistemi və Rabitə Evi haqqında məlumat verilib. Bildirilib ki, muxtar respublikada 2005-ci ildən optik şəbəkənin qurulmasına, 2010-cu ildən isə mərhələlərlə yeni nəsil texnologiyanın tətbiqinə başlanıb. Hazırda muxtar respublika üzrə istismar olunan 213 avtomat telefon stansiyasından 195-i və ya 91,5 faizi yeni nəsil texnologiyaya əsaslanır. Culfa rayonunda 9 min 344 nömrə tutumu olan 28 yeni nəsil telefon stansiyası qurulub, 3 qovşaq yaradılıb, bütün yaşayış məntəqələri telefonlaşdırılıb. Yeni sistem abunəçilərə telefon, videotelefon, İP televiziya, genişzolaqlı internet, qapalı virtual şəbəkələr və digər xidmətlərin göstərilməsinə imkan verəcəkdir.

Ali Məclisin Sədri Culfa rayonu ərazisində qurulan Yeni Nəsil Telekommunikasiya Sistemini işə salıb.

Zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olan binada Culfa Rayon Rabitə İdarəsi, İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzinin Culfa rayon filialı, “Naxtel” müştəri xidmətləri, “Naxçıvanpoçt” publik hüquqi şəxsinin Culfa Rayon filialının fəaliyyəti üçün lazımi iş şəraiti yaradılıb. Binada müvafiq sahələrə uyğun olaraq tədris, arxiv, mühəndis, poçt göndərişləri, avtomat telefon stansiyası, daxili şəbəkə, təlimat və digər xidməti otaqlar, iclas və xidmət zalları, bufet yerləşir.

“Naxçıvanpoçt” publik hüquqi şəxsin Culfa rayon filialı 19-u kənd, 1-i hərbi şəhərcikdə olmaqla, 20 poçt bölməsindən ibarətdir. Müasirtipli binalarla təmin olunmuş bütün poçt bölmələri kompüterləşdirilib və POS-terminallar quraşdırılıb. Poçt bölmələrində ənənəvi xidmətlərlə yanaşı, kommunal ödənişlərin, sığorta və üzvlük haqlarının, dövlət yol polisi cərimələrinin, bələdiyyə rüsumlarının və kreditlərin ödənilməsi, pensiya və sosial yardımların paylanması həyata keçirilir. Bundan başqa poçt bölmələrində əhaliyə itmiş əşyaların sahibinə çatdırılması və “Naxtel” müştəri xidmətləri də göstərilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər YENİLƏNİB

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

Laçında ilk dəfə “Laçında peşə öyrən!” adlı yarmarka keçirilir

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib

KOBİA sədri: Naxçıvanda sahibkarlar kənd təsərrüfatına investisiya yatırmaqda maraqlıdırlar

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNİB

Masallıda qida sahəsində işləmək istəyən vətəndaşların müraciətlərinə baxılıb

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

® “Caspian Energy Club” və AISA-nın təşkilatçılığı ilə “CEO MeetUp HSE day” keçirilib

"Gəncə və gəncəlilər" layihəsi növbəti dəfə Xalq artisti Fikrət Verdiyevə həsr olunub

BMU-da tələbələr üçün “Karyera günü”

Türkiyənin “ASELSAN” şirkəti ixrac həcmini 1 milyard dollara çatdırmağı planlaşdırır

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb

Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb

Həftəsonu “Kənddən Şəhərə” yarmarkaları təşkil ediləcək

Milli Məclisin sədri Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin iclasının iştirakçıları ilə görüşüb

Türkiyə universiteti ilə ATU arasında birgə elmi-tədqiqat işlərinin aparılması planlaşdırılır

Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır

Məktəblilərlə ekoloji maarifləndirməyə dair söhbət aparılıb

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik

Beynəlxalq təşkilatlar, böyük dövlətlər rəsmi Bakının sülhpərvər siyasətinə ciddi dəstək göstərməlidirlər - RƏY

Dəyişən iqlim şəraitində əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri təşkil olunub

Rusiya XIN: Moskva Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyasına gələcəkdə də kömək etməyə hazırdır

“Dəniz kənarında” filminin çəkiliş tarixi məlum olub

Xalq şairi Rəsul Rzanın ev-muzeyində tədbir: “100 illik şanlı tarix”

Yuğ Teatrı “21:15 qatarı” adlı yeni tamaşanın premyerasına hazırlaşır

® “Birbank Biznes”lə vaxt sənə işləsin

Elmira Süleymanova II Fəxri xiyabanda dəfn olunub

UNESCO-nun Afrikaya həsr edilmiş Zirvə toplantısında Azərbaycan da təmsil olunacaq

BDU Çinin Hefei Texnologiya Universiteti ilə əməkdaşlığı genişləndirir

Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar

İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb

Romada “Agdam delenda est. Images from Karabakh” adlı foto kitabın təqdimatı olub VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNİB

Üç ayda 38,9 min nəfərdən çox şəxsə sosial müavinət və təqaüd təyin olunub

Tanzaniyada daşqınlar 155 nəfərin həyatına son qoyub

Yığmanın məşqçisi: Azərbaycanda akrobatika gimnastikasına olan maraq bizi sevindirir

Milli Oftalmologiya Mərkəzi və Dəmiryol Səyyar Klinikası Balakəndə tibbi aksiya keçirəcək

Qazaxıstan TDT ölkələrinin kosmik sahədə əməkdaşlığını dəstəkləyir

UNICEF: Filippin eyni vaxtda bir neçə epidemiya ilə mübarizə aparır

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun Şəhidlər xiyabanında xatirəsi anılıb

Azərbaycan və Qırğızıstan prezidentlərinin Füzuli-Ağdam səfərləri siyasi mesaj ehtiva edən həmrəylik göstəricisidir ŞƏRH

Azərbaycanın mozaika irsi: rəmzlər və süjetlər

AzMİU-nun qadın əməkdaşlarının yaradıcılıq sərgisi açılıb

Qazaxıstan transəfqan dəmir yolunun tikintisində iştirak etməyə hazırdır

Xocalıda insan qalıqları aşkarlanıb VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nigeriyada yüzdən çox məhbus həbsxanadan qaçıb

AzTU-da gənc alimlər üçün seminar keçirilib

“Tesla” insanabənzər “Optimus” robotlarının satışına başlayacaq

ABŞ Dövlət katibi Antoni Blinken Pekinə gəlib

“Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji silah kolleksiyası” – seminar

“Azərkosmos”un rəhbəri beynəlxalq konfrans iştirakçılarını ölkənin kosmik sahədə prioritetləri haqqında məlumatlandırıb

Fuat Oktay: Bakıda keçirilən toplantının əməkdaşlığımıza töhfə verəcəyinə inanırıq VİDEO

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə I sinfə qəbulla bağlı 27 alternativ qeydiyyat mərkəzi yaradılıb

“Qəbələ”nin hücumçusu Türkiyədə əməliyyat olunub

Səməd Seyidov: Türk dünyası böyük bir fenomenə çevrilib VİDEO

“Code For Future”nin məzunu olan AzMİU tələbələrinə diplom və sertifikatlar verilib

Bakıda dünya qastroenteroloqlarının iyirminci beynəlxalq konqresi işə başlayıb - YENİLƏNİB

Mehmet Süreyya Er: Türk dünyasında sürətlə inkişaf edən əməkdaşlıq zamanın tələbidir