DÜNYA
“Culiya” qasırğası Mərkəzi Amerikada azı 28 nəfərin həyatına son qoyub VİDEO
Bakı, 11 oktyabr, AZƏRTAC
“Culiya” qasırğası oktyabrın 9-10-da Mərkəzi Amerikada ən azı 28 nəfərin ölümünə səbəb olub.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, Mərkəzi Amerika ölkələrinin yerli hakimiyyət orqanları güclü daşqınlar səbəbindən minlərlə insanı təhlükəsiz ərazilərə təxliyə edib.
Ən çox ölüm halı Qvatemalada qeydə alınıb - 14 nəfər. Həmçinin ölkədə 1,3 mindən çox insan təxliyə olunub, 1,6 minə yaxın yaşayış binası dağılıb və ya zədələnib. Qonşu Salvadorda təbii fəlakət 9 nəfərin həyatına son qoyub. Güclü külək və daşqınlar nəticəsində ağaclar aşaraq bəzi magistral yollar bağlayıb. Hondurasda üç nəfər, Panamada isə iki nəfər qasırğanın qurbanı olub.
“Culiya” qasırğası Nikaraquada iki minə yaxın evə zərər vurub, Kosta-Rikanın bir çox bölgələrində elektrik enerjisi kəsilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [19:46]
İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb
- 28.03.2024 [18:54]
Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək
- 28.03.2024 [18:49]
Roma Papasının səhhəti yaxşılaşıb
- 28.03.2024 [18:45]
N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz
- 28.03.2024 [18:31]
Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib
- 28.03.2024 [18:26]
Gürcüstanda doğulan uşaqların sayı 5 faiz azalıb
- 28.03.2024 [17:20]