Azərbaycan Dövlət İnformasiya Agentliyi

CÜMHURİYYƏT - 100

Cümhuriyyət-100: Xüsusi missiya və yaxud yerli bolşeviklərin satqınlığı nəticəsində baş tutmayan plan

Cümhuriyyət-100: Xüsusi missiya və yaxud yerli bolşeviklərin satqınlığı nəticəsində baş tutmayan plan

Bakı, 8 iyul, AZƏRTAC

Xalq Cümhuriyyətinin süqutunun qarşısını almaq üçün xüsusi missiya ilə Qroznı şəhərinə yola düşən Əhməd bəy Pepinov hər cür vəchlə bolşevik Rusiyasının işğal planını ləngitməli idi. Əsas məqsəd vaxt qazanmaqla Azərbaycan ordusunun Qarabağ, Gəncə və Lənkəranda olan əsgərlərini müdafiə məqsədilə ölkənin şimalına və paytaxta cəlb etmək idi. Lakin Cümhuriyyət hökumətində təmsil olunan bolşeviklərin satqınlığı nəticəsində bu plan baş tutmadı.

Cümhuriyyət tarixini araşdıran Əfqan Vəliyev Əhməd bəy Pepinovun həyatına dair apardığı tədqiqatlarında maraqlı faktlar üzə çıxarıb. AZƏRTAC yazıçı-tədqiqatçının qeydlərini təqdim edir.

Azərbaycanın ictimai və siyasi tarixində yeri olan Əhməd Ömər oğlu Pepinov 1893–cü ildə Gürcüstanın Axalkalaki mahalının Bolazur kəndində anadan olub. “Molla Nəsrəddin” jurnalının məşhur yazıçısı, ictimai xadim Ömər Faiq Nemanzadənin bacısı oğludur. Pepinov ərəb və fars dillərində yazıb-oxumağı da dayısından öyrənib.

Əhməd bəy 1913–cü ildə Moskva Universitetinin hüquq fakültəsinə daxil olub və eyni vaxtda həmin ali məktəbdə iqtisadiyyat fakültəsində də oxuyub. O, Moskvada azərbaycanlı tələbələr tərəfindən qurulan Azərbaycan Həmyerlilər Təşkilatının rəhbərlərindən idi. Tələbə olduğu dövrdə Azərbaycanda nəşr edilən, Məhəmməd Əmin Rəsulzadə və Mirzə Bala Məmmədzadənin də yazıları yayımlanan “Açıq söz” qəzetində məqalələr yazıb. Moskvadan göndərdiyi məqalələr qəzetdə “Axalkalakili Əhməd Cövdət” imzası ilə çap edilib. Əhməd bəyin rəhbərliyi və təşkilatçılığı ilə qurduqları təşkilat Moskvada Azərbaycanın siyasi və mədəni həyatını tanıdan bir çox tədbirlər keçirib.

Moskvada təhsilini başa vuran Əhməd bəy Pepinov 1918–ci ildə Bakıya gəlib, Zaqafqaziya və Azərbaycanda baş verən siyasi-ictimai hadisələrin təsiri ilə siyasi hadisələrdə yaxından iştirak etməyə başlayıb. Pepinov 1918-ci il fevralın 28-də Seymdə qeydiyyatdan keçən Müsəlman Sosialist Blokunun tərkibindəki Azərbaycan heyətinə daxil olub.

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan olunandan sonra Pepinovun da daxil olduğu nümayəndə heyəti Milli Şuranın rəisi Məhəmməd Əmin Rəsulzadənin rəhbərliyi ilə Türkiyəyə yola düşüb. Bu, Azərbaycan nümayəndə heyətinin ilk səfəri idi.

Əhməd bəy Pepinov 1918-ci il dekabrın 7-də Bakıda açılan Azərbaycan parlamentinə üzv seçilib, bir müddət sonra isə parlamentin katibi vəzifəsini icra etməyə başlayıb. Pepinov həmin dövrdə Azərbaycan parlamentinin sədri vəzifəsini icra edən Həsən bəy Ağayevin qızı, sonralar ilk azərbaycanlı qadın musiqişünas Xurşid xanım Ağayeva (1906–1953) ilə ailə həyatı qurub.

Pepinov Nəsib bəy Yusifbəylinin rəhbərliyi ilə 1919-cu il dekabrın 22-də qurulan ikinci hökumətdə əmək və torpaq naziri vəzifəsinə təyin edilib. Azərbaycanın ilk ali məktəbi olan Bakı Dövlət Universitetinin qurulmasında Pepinovun mühüm xidmətləri olub. Universitet üçün ərazi və pul ayrılması ilə əlaqəli təşkilati məsələlərin parlamentdə müzakirəsinin sürətləndirilməsini təmin edərək, qərarın qısa zamanda icrası üçün bütün imkanları səfərbər edib. 1918–1920–ci illərdə Azərbaycanda keçirilən ictimai və mədəni tədbirlərin təşkilatçısı və rəhbəri olub. O dövrdə Bakıda keçirilən “Azərbaycan gecələri” adlı məşhur konsert tədbirləri və mədəni–maarif tədbirləri onun adı ilə bağlı idi.

Əhməd bəy 1920-ci il martın 30-da Yusifbəylinin qurduğu hökumətdən istefa verməklə tutduğu vəzifəni tərk edib. Həmin il ölkəyə bolşevik ordusunun təhdidlərinin artması ilə əlaqədar olaraq Rəhim bəy Vəkilovla birlikdə bolşevik Rusiyası ilə danışıqlar aparmaq üçün aprelin əvvəllərində Qroznı şəhərinə yola düşüb. Danışıqların fayda verməyəcəyini bilsələr də, məqsəd bolşeviklərin başını qatıb, Samur körpüsünün şimalında gözləyən XI Qızıl ordunun Azərbaycana hücumunu ləngitməklə vaxt qazanmaq idi. Qazanılan vaxt ərzində isə Qarabağ, Gəncə və Lənkərandan gəlməli olan Cümhuriyyət əsgərləri paytaxt və ölkəni işğaldan müdafiə etməli idi. O vaxt Bakıda mövcud olan əsgər və jandarmanın sayı 2000-ə çatırdı. Hökumətdə təmsil olunan yerli bolşevik satqınların sayəsində plandan xəbərdar olan bolşevik Rusiyası bunun diplomatik bir plan olduğunu bilərək onları həbs edib.

1920-ci il aprelin 27-də bolşevik işğalından sonra Pepinov və Vəkilov həbsdən azad edilərək Bakıya gəliblər. Pepinov Bakıda mədəni–maarif işləri ilə məşğul olub, nəşriyyat işinə rəhbərlik edib. 1920-ci ildə onun “Maarif və Mədəniyyət”, “Bakinski raboçi” və digər mətbuat orqanlarında məqalələri nəşr olunub. Yerli idarə orqan rəhbərləri ilə yaşadığı problemlərə görə Azərbaycanı tərk edib, 1930–cu ildə Rusiyanın Ulyanovsk şəhərinə köçüb, orada yaşayıb. Pepinov 1934–cü ildə Qazaxıstan SSR təhsil nazirinin müavini vəzifəsinə təyin olunub.

Cümhuriyyət və sovet hakimiyyəti dövründə xidmətləri olan Əhməd bəy Pepinov 1938–ci ildə Stalin repressiyası nəticəsində həlak olub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyə Prezidenti gündəmdəki məsələlərlə bağlı açıqlama verib

Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb

DİM sədri: Qəbul imtahanlarında tətbiq olunacaq yeniliklər azı iki il əvvəl elan edilir

Əməyin təhlükəsizliyi və gigiyenası sahəsində Türkiyə ilə təcrübə mübadiləsi aparılır

Keşlədə kustar üsullarla kütləvi saxta məhsullar hazırlayan sex aşkar edilib

Fransalı gimnast: Bakı çox ecazkar və müasir şəhərdir

Arzu Babayeva: Ağgöl Milli Parkında ceyran populyasıyası müsbət dinamika ilə inkişaf edir"

Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın qaldırdığı etirazlarla bağlı ictimai dinləmələr başa çatıb

Laləli çəmənlik görmək istəyənlər, Ağgöl Milli Parkına tələsin

ETX-nin məktəblərdə kibertəhlükəsizlik mövzusunda maarifləndirilmə layihəsi davam edir

“AzInTelecom” BMT-nin Qlobal Sazişinə qoşulub

Paytaxtda saxta alkoqollu içkilərin satışa çıxarılmasının qarşısı alınıb

Azərbaycan gimnastı: Karyeramda ən böyük dəstəkçim anamdır

Azərbaycan ilə Türkiyə muzeyləri arasında əməkdaşlıq imkanları müzakirə olunub

NASA ən maraqlı kosmik missiyanı təsdiqləyib

“Qəbələ” israilli futbolçu ilə vidalaşıb

Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar...

Daha iki qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib

PFL-in prezidenti: Qəzadan sonra 9 dəfə əməliyyat olundum - MÜSAHİBƏ

BMU tələbələri ev heyvanlarının məsafədən qidalanmasına imkan verən cihaz hazırlayıblar

Azərbaycanın Rumıniya ilə hazırladığı layihə NATO tərəfindən təsdiqlənib

Azərbaycanın Baş prokuroru Beynəlxalq Prokurorlar Assosiasiyasının vitse-prezidenti seçilib

BŞTİ: Bakı Fransız Liseyində təhsil alan uşaqların dövlət təhsil müəssisələrinə köçürülməsi təmin edilə bilər

Bakı hava limanı yenidən “Skytrax” mükafatına layiq görülüb

Ukraynada pilotsuz təyyarələr istehsal edən yeni zavod açılıb

Ali Məhkəmə: İnzibati orqan öz praktikasını inzibati məhkəmə qərarlarının məzmununa uyğunlaşdırmağa borcludur

Azərbaycanın xarici işlər naziri Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə edib

MOK-da Baham adaları Olimpiya Komitəsinin vitse-prezidenti ilə görüş olub

Mina təhlükəsi ilə bağlı təlimlərdə 1500-dən çox keçmiş məcburi köçkün iştirak edib

Nazir: Türkiyə mülki aviasiya sahəsində sürətlə inkişaf edən ölkələr sırasındadır

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yenilənmiş saytı istifadəyə verilib

Azərbaycan atıcıları lisenziya turnirində iştirak edəcəklər

IRENA Assambleyasının 14-cü sessiyasında Afrikada bərpa olunan enerji mənbələrinin tətbiqi müzakirə olunub

Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaqatalada vətəndaşlarla görüşüb

Türkiyə XİN regiondakı son hadisələrlə bağlı bəyanat yayıb

® “Azercell” Böhran İdarəetmə Qrupu layihəsini elan edir

Nigeriya ordusu bir həftədə 192 terrorçunu məhv edib

“Aztelekom” tərəfindən Oğuz rayonunun 97 faizi yüksəksürətli internetlə əhatə olunub

Latviyada yeni xarici işlər naziri təyin edilib

Azərbaycan və Britaniya yaşıl enerjiyə keçidi reallaşdıracaq kadrları birgə hazırlayacaq

Türkmənistan nəqliyyat marşrutları layihələrində daha fəal iştirak edəcək

® “Rabitəbank” müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!

BDU tələbələri arasında “Ekologiya hüququ” mövzusunda məqalə müsabiqəsi elan edilir

Füzulidə keçirilən tibbi aksiyanın ilk günündə 100-dən çox sakin oftalmoloji müayinə olunub VİDEO

Məktəblilər uşaq yazıçısı Vüqar Haqverdiyevlə görüşüblər

Azərbaycan Rusiyadan ən çox taxta-şalban idxal edən 10 ölkə arasındadır

Bərdə, Ağcabədi, Ağdam və Tərtər rayonlarında dövlət qulluqçuları üçün təlimlər keçirilib

Qazaxıstan üç ayda 33 mindən çox avtomobil istehsal edib

Britaniyalı lord Azərbaycan-Britaniya əlaqələrindən danışıb

Xəzər dənizində tikinti məqsədləri üçün süni torpaq sahələri yaradılacaq

Ədliyyə işçilərinə və ailə üzvlərinə mənzil kirayəsi ilə bağlı pul kompensasiyası ödəniləcək

Hesablama Palatasının builki hesabatında Dayanıqlı İnkişaf Məqsədləri prioritet olub RƏY

Aİ Rusiyaya qarşı 14-cü sanksiyalar paketi üzərində işləyir

FHN: Sumqayıtda qanunsuz tikili sökülüb VİDEO

Türkiyə gələn il Somalidə neft kəşfiyyatına başlamağı planlaşdırır

“Netflix” bu il daha 9,3 milyon abunəçi qazanıb

“Ağ-qaralar”ın idman direktoru: Klubu sevən azarkeş hər zaman stadionda olmalıdır

Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb

İsveçli funksioner: Transfer işləri ilə skaut komandası maraqlansa da, son qərarı mən verirəm

Xocavənd rayonunda fermada xeyli sayda partlayıcı maddə aşkarlanıb

Tarix Muzeyində tədbir: Molla Nəsrəddin güldürür və düşündürür

Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinə yeni hüquq verilir

İnzibati xəta haqqında iş üzrə icraat zamanı foto və ya video çəkilişin mediaya təqdim edilməsi inzibati məsuliyyətə səbəb olacaq

Yen Andersson: Növbəti mövsümün əvvəlində "Neftçi" yeni bazasından istifadə edə biləcək

Ölkə ərazisində havanın temperaturu 30 dərəcəyə yüksələcək

Azərbaycan Təhsil Cəmiyyətinin İdarə Heyəti yeni tərkibdə təsdiqlənib

Qərbi Azərbaycanda milli maarifçilik tariximiz – Araşdırma

“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dən çıxarıb

Zərərli maddələrin miqdarı normadan çox olan avtomobillərin sürücülərinə qarşı tədbirlər görülüb VİDEO

“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir

ÜST quş qripi ilə bağlı həyəcan təbili çalır

“Science” jurnalı: Çinin iri şəhərlərinin təxminən yarısı çökür

ATMU nümayəndələri “Erasmus+” layihəsi çərçivəsində Avstriyada təlimdə olublar

Binəqədi rayonunda tanışlarını kafedə qəsdən öldürən şəxs barədə cinayət işi məhkəməyə göndərilib

Hesablama Palatasının sədri: 2024-cü ildə bir neçə mövzuda ekoloji audit keçiriləcək

Bərdə Peşə Liseyinin tələbəsi ABŞ-da keçirilən yarışda ölkəmizi təmsil edəcək

Vüqar Gülməmmədov: Ötən il obyektlər tərəfindən məsuliyyətə cəlbetmə istiqamətində fəaliyyət əvvəlki illərə nisbətən yetərli olub VİDEO

“Sony” və “Apollo” kompaniyaları “Paramount” şirkətini satın almaq niyyətindədir

Yens Andersson: Başlıca məqsəd "Neftçi"yə xarakteri yaxşı olan futbolçular cəlb etməkdir

Azərbaycan, Rusiya və Qazaxıstanın Hindistanın neft idxalında payı 13 faiz artıb

"Neftçi"nin idman direktoru: Azərbaycanın ən böyük klubunda işləmək qürurverici hissdir

Məleykə Abbaszadə gənclərə çağırış etdi: Özlərini aldatmasınlar

FHN: Ötən sutka ərzində ikisi azyaşlı olmaqla 4 nəfər xilas edilib

Rusiyanın qəzaya uğrayan hərbi təyyarəsinin pilotlarından biri həlak olub

Şri-Lanka Rusiyaya çay ixracını 14 faiz artırıb

TDT diplomatiya akademiyalarının toplantısı Bakıda keçiriləcək

NASA süni intellekt sayəsində iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verəcək

“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri İmişlidə vətəndaşlarla görüşəcək

Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb

Sudanda 390-dan çox insan vəba və “denge” qızdırmasından ölüb

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü ifşa edilib

Şərqşünas alim Ege Universitetində XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımlar haqqında məruzə deyib

AQTA sədri istehlakçılara çağırış edib

Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti Maldiv Respublikasında parlament seçkilərini müşahidə edəcək

Ukraynaya daha bir hava hücumu: 8 nəfər ölüb, 25 nəfər yaralanıb VİDEO

Deputat: Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması yeni mərhələ deməkdir

Şirvan elektrik şəbəkəsi yenidən qurulur

Qərbi Azərbaycanın iqtisadi inkişaf potensialı: retrospektiv təhlil və gələcəyə baxış - AzMİU-da konfrans