Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Cümhuriyyət illərinin səhiyyəsi Təbabət Muzeyinin eksponatlarında

Bakı, 16 fevral, AZƏRTAC

Vəba barakının qarşısında təcili yardım kareti dayanıb. Bakıdakı 19-cu lazaretdə ağxalatlı tibb işçiləri xərəklə xəstə daşıyırlar. Çarəsiz vəziyyətdə karetin yanında dayanan xəstələrin yaxınları həkim əllərindən imdad diləyirlər...

Bu maket vəba xəstəliyinin tüğyan elədiyi illərin mənzərəsini canlandırır. 1914-1917-ci illərdə indiki Kliniki Tibbi Mərkəzin yerində inşa edilmiş vəba barakları ölümağızlı xəstəlikdən xilas olmaq üçün ümid qapısına, şəfa mənbəyinə çevrilmişdi…

AZƏRTAC xəbər verir ki, Azərbaycan Təbabəti Muzeyinin dördüncü zalında nümayiş olunan əsrin əvvəllərində ölkəmizdə tibbi mənzərəni əks etdirən bu səhnə təsadüfən seçilməyib. Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti məhz belə bir dövrdə fəaliyyətə başlayıb.

32 il əvvəl yaradılan muzey xalqımızın tibbi təbabət tarixini əks etdirən maraqlı eksponatlar Cümhuriyyət dövründə özünün ilk addımlarını atan səhiyyə tariximizin ayrı-ayrı məqamlarını nümayiş etdirir.

Muzeyin ziyarətçiləri Kiyev, Xarkov, Moskva və Novorossiysk Universitetlərində təhsil almış azərbaycanlı həkimlərin, Birinci Dünya müharibəsində iştirak etmiş tibb işçilərinin, eləcə də lazaretlərdə hərbi həkim kimi çalışan Mustafa Hacıqasımov, Mirəsədulla Mirqasımov, Əlimuxtar Əliyev, Əliheydər Allahverdiyev və onlarla bir cərgədə əfsanəvi general Əliağa Şıxlinskinin həyat yoldaşı Nigar xanım Qayıbova–Şıxlinskayanın fotoşəkillərini izləmək imkanı əldə edirlər.

Eksponatlar arasında ötən əsrin əvvəllərində Bakıda neft sənayeçilərinin qərarına əsasən həmin dövr üçün müasir tibb avadanlıqları ilə təchiz edilmiş müalicəxanaların yaradılmasına aid çoxlu fotoşəkillər, sənədlər nümayiş etdirilir. Onların arasında Ramana feldşer məntəqəsi dövrün mənzərəsini göz önündə canlandırır. Vitrinlərdə XX yüzilliyin əvvəllərində həkimlərin istifadə etdiyi tibbi alətlər də ziyarətçiləri xəyalən bir əsr əvvəlki tarixə aparır.

Ölkəmizin tibb salnaməsini əks etdirən muzeyin yerləşdiyi bina tarixi və memarlıq baxımından böyük maraq və əhəmiyyət kəsb edir. Muzeyin giriş qapısına vurulan qranit barelyefdə 1914-1917-ci illərdə xalqımızın böyük oğlu Nəriman Nərimanovun müalicəxanasının məhz burada yerləşdiyi əksini tapıb.

Görkəmli dövlət, tibb və ədəbi xadim Nəriman Nərimanova həsr olunan ayrıca stenddə onun fəaliyyətinə işıq tutulur. XIX əsrin 90-cı illərində Qori Müəllimlər Seminariyasını başa vurandan sonra yeni əsrin əvvəllərində Odessa Universitetinin tibb fakültəsini bitirir və 1908-ci ildən Həştərxanda həkimlik fəaliyyətinə başlayıb. O, 1913-cü ildə Bakıya qayıdıb, bir il sonra isə Qaraşəhər xəstəxanasına həkim təyin olunub. 1918-ci il mayın 3-dək həmin xəstəxanada şöbə müdiri və həkim, sonralar 8 nömrəli şəhər xəstəxanasında baş həkim işləyib. Nərimanovun vəba haqqında, eləcə də “Qadın məsələləri haqqında”, “İslam və təbabət” kitabları da muzeydə nümayiş olunur.

1919-cu ildə Azərbaycan Demokratik Respublikasının Parlamentinin qərarı ilə paytaxtda tarix-filologiya və tibb fakültələrindən ibarət Bakı Dövlət Universiteti yaradılır. Burada universitetin ilk rektorları cərrah Vasili Razumovski və nevropatoloq Sergey Davidenko barədə də materiallar var. Eyni zamanda, muzeydə tibb fakültəsinin ilk buraxılışı, professor və müəllim heyəti barədə dolğun məlumatlar öz əksini tapıb.

Salonun vitrinindəki şəkillərdən Azərbaycan Xalq Cümhuriyyətinin ilk səhiyyə naziri olmuş Xudadat bəy Rəfibəylinin nurlu siması boylanır. Əsrin əvvəllərində Xarkov Universitetinin tibb fakültəsini bitirəndən sonra Gəncədə cərrah kimi fəaliyyət göstərən Xudadat bəy Xalq Cümhuriyyətinin ilk səhiyyə naziri olub və hökumətin iki kabinəsində həmin vəzifəni daşıyıb. Bir il sonra Gəncəyə general-qubernator təyin edilən Cümhuriyyətin ilk səhiyyə naziri 1920-ci ilin aprelindən sonra həbs edilib və Gəncə üsyanının təşkilatçısı kimi xaincəsinə güllələnib. Onunla bağlı fotosənədlər səhiyyənin yeni təşəkkül tapmağa başladığı illərə güzgü tutur.

Kiyev Universitetinin tibb fakültəsinin məzunu, Əməkdar Elm Xadimi, Azərbaycan səhiyyəsində pediatriya xidmətinin təşkilatçısı Yevsey Gindesə həsr olunan xüsusi guşə də bir əsr əvvəlki tarixdən soraq verir. 1918-ci ildə onun “Bir yaşına qədər uşaq” adlı kitabı nəşr olunub. Ümumiyyətlə, görkəmli pediatrın rus, alman və fransız dillərində 160-dan çox əsəri çap olunub. Eksponatlar arasında onun əsərləri və Buzovnada sümük vərəmi sanatoriyasının tikinti işlərinin yerinə yetirilməsi üçün podratçı ilə bağladığı müqavilənin əsli nümayiş etdirilir. Gindes Cümhuriyyət dövründəki üçüncü hökumət kabinəsində səhiyyə naziri təyin olunub. Onun nazir olduğu dövrdə Bakıda və ölkəmizin digər yerlərində dövlət hesabına pulsuz xəstəxanalar açılması və yeni tibb ocaqlarının tikintisi üçün geniş hazırlıq işləri görülüb.

Muzeydə həmin dövrü əks etdirən sənədlər guşəsində Xarkovda tibbi təhsil almış Bahadır Qayıbovun şəkli var. O, 1918-ci ildə Bakıda Mixaylov xəstəxanasının baş həkimi, 1919-cu ilin avqustunda isə Bakı tibb-sanitar bürosunda müalicə şöbəsinin müdiri təyin edilib. Həkim-epidemioloq Bakıda vəba epidemiyasının ləğvində xüsusi xidmətlər göstərib.

Cəmi 23 ay yaşasa da, Azərbaycan Xalq Cümhuriyyətinin digər sahələrdə olduğu kimi, ölkə səhiyyəsinə verdiyi töhfələr tarixin yaddaşında silinməz izlər qoyub və zaman-zaman xatırlanır...

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezident İlham Əliyev Hacıqabul rayonunda Şirvan suvarma kanalının təməlini qoyub YENİLƏNƏCƏK

Fövqəladə Hallar Nazirliyi təkər satışı və təmiri mərkəzində yanğın təhlükəsini aradan qaldırıb

Çexiyada bir həftədə 1500-ə yaxın insan göy öskürəyə yoluxub

Dövlət qulluğu vəzifələri üzrə sertifikat əldə edilməsi üçün qeydiyyat başlanıb

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvan şəhərində vətəndaşları qəbul edəcək

ƏÜO istismarda olan avtomobil texnikalarına texniki baxış keçirilib

Dünya birjalarında neft bahalaşıb

DİN: Xankəndidə 27 avtomat və digər silah-sursat aşkarlanıb

DİN: Qanunsuz odlu silahlar təhvil götürülüb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb

Cəbrayılda minalar aşkar edilib VİDEO

Azərbaycan neftinin qiyməti ucuzlaşıb

Çinin ümumi daxili məhsulu 5,3 faiz artıb

Cari ilin üç ayında yol-nəqliyyat hadisələrində 33 nəfər ölüb, 72 nəfər xəsarət alıb

ADY: Dəmiryol keçidlərində sürücü diqqətsizliyi iki qəzaya səbəb olub

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Qriplə allergiyanın fərqi

Naftalanda narkotik satan və alan şəxslər saxlanılıblar

Zevsin mağarası və Artemida məbədinin məkanı - Quşadası

Rusiyanın neft emalı zavodlarının PUA zərbələrinə məruz qalması neftin qiymətinə təsir edəcək

Üç ayda Qəbələdə 6,2 milyon manatlıq sənaye məhsulu ixrac olunub

“Coral Reef Watch”: Mərcan rifləri dördüncü qlobal rəngsizləşmədən əziyyət çəkirlər

İtaliyadakı G7-lərin iclasında müharibələrə son qoyulması üzrə səylər müzakirə olunacaq

Yaponiya sahillərində zəlzələ baş verib

Baş məşqçi: Gənc boksçularımızı təkmilləşdirmək niyyətindəyik

Qızıl medal qazanan boksçu: Heç bir döyüşdə çətinlik çəkmədim

Azərbaycanla Serbiya arasında strateji tərəfdaşlığın cari vəziyyəti və perspektivləri müzakirə olunub

Avropa çempionatında qızıl medal qazanan Azərbaycan boksçuları Vətənə qayıdıblar

BMT-nin Vyana bölməsində beyin inkişafının əhəmiyyətinə həsr olunmuş tədbir keçirilib

Kanadada “Türk irsi ayı” münasibətilə tədbir təşkil olunub

Miqren üçün yeni müalicə ümidi: Həb olaraq alınacaq dərman İngiltərədə istifadə olunmağa başlayır

Beynəlxalq Muğam Mərkəzində “Humayla” adlı ilk solo konsert təqdim olunacaq

Meksika mətbuatı: Qərb Ermənistan vasitəsilə Cənubi Qafqazı parçalayır

Rafael Nadal uzun fasilədən sonra tennis kortuna qayıdacaq

"Azərbaycan dili bacarıqları üzrə səviyyələrə dair tələblər” adlı metodik vəsaitin təqdimatı keçirilib

Amerika Yazıçılar Gildiyasının mükafatı təqdim edilib

Tbilisidə etirazçılarla polis arasında qarşıdurma yaşanıb

Şirvanda Zərifə xanım Əliyevanın mənalı ömür yoluna həsr olunan sərgi açılıb

Britaniyanın Baş naziri İran və İsraili təmkinli olmağa çağırıb

Antoni Blinken: İsrailin müdafiəsini dəstəkləməyə və regiondakı şəxsi heyətimizi müdafiə etməyə davam edəcəyik

Hakan Fidan Türkiyədə səfərdə olan Con Bass ilə bölgədəki son hadisələri müzakirə edib

Azərbaycanın xarici işlər naziri Özbəkistan Prezidenti ilə görüşüb

Praqada azərbaycanlı müəllifin əsərinin premyerası keçirilib

Bəhruz Məhərrəmov: Sabitlik adası olmaq, təbii ki, Azərbaycanın qalibiyyətinin nəticəsidir

Sudana humanitar yardım konfransı

Çində ən böyük ticarət sərgisi olan “Kanton” işə başlayıb

Xəzər və Binəqədi rayonlarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Tbilisidə parlamentin binası önündə aksiya keçirilib

Yaylaqlara köç edəcək təsərrüfat rəhbərləri üçün mina təhlükəsizliyinə dair təlimlər keçiriləcək

Moldova Texniki Universitetinin rektoru AzTU-nun nümayəndə heyəti ilə görüşüb

Hakan Fidan və Antonio Quterreş arasında telefon danışığı olub

“COP tələbləri: İqlim dəyişikliyi və təbii fəlakətlərə qarşı müqavimət” adlı tədbir keçirilib

Azərbaycan həndbol çempionatı: “Kür” liderliyini möhkəmləndirib

AzTU nümayəndə heyəti Moldovada beynəlxalq konfransda iştirak edib

AMEA rəhbərliyi akademik Zərifə Əliyevanın xatirəsini yad edib

Bayram günlərində Türkiyənin tarixi məkanlarını 1,7 milyon insan ziyarət edib

Elektron Təhlükəsizlik Xidməti məktəblilər üçün maarifləndirmə tədbirləri keçirib

® “Baku Steel Company” QSC Düsseldorfda Azərbaycanı təmsil edir

Arif Əsədov: Reysi səhv saldığımız üçün Bakıya qatarın yük yerində gəlmişdik

Fransa İsrail ordusunun səsləndirdiyi məlumata düzəliş edib

QS-nin regional direktoru: UNEC öz mövqeyini əhəmiyyətli dərəcədə yaxşılaşdırır

“Özbək və Azərbaycan filologiyasının aktual məsələləri” - beynəlxalq konfrans

“Kapital Bank”dan mükafatlarla dolu “50 gün, 50 hədiyyə” lotereyası

“Beynəlxalq humanitar əməliyyatlarda iştirakın hüquqi əsasları və etik normalar” mövzusunda kurs keçirilib

“Barselona”nın futbolçusu: Xəyallarımın komandasında olduğuma görə xoşbəxtəm

Yaponiyalı alimlər ağız gigiyenası ilə ürək arasında əlaqə aşkarlayıb

Cenevrədə Beynəlxalq Novruz Gününə həsr edilmiş tədbir keçirilib

Rafael Nadal Barselonada keçiriləcək turnirdə iştirakını təsdiqləyib

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsi başlanır

Xorvatiyada keçirilən simpoziumda Azərbaycanın azad edilmiş ərazilərində mövcud mina problemindən danışılıb

İmişlidə iki nəfərin elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı cinayət işi başlanılıb

Qırğız parlamentinin sədri uşaqlara ərəb adları qoymaqdan imtina etməyə çağırıb

Azərbaycanın sosial sahədə e-xidmətləri qabaqcıl rəqəmsal təcrübə kimi təqdim edilib

Gürcü ekspert: “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi maliyyə şəffaflığını nəzərdə tutur

“Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpası; hüquqi aspektlər” kitabının qırğız dilində təqdimatı keçirilib

Maştağa, Nardaran və Bilgəh qəsəbələrində yeni içməli su təchizatı infrastrukturları yaradılır

Yüksək Liqa: “Azərreyl” yarımfinalın ilk görüşündə MOİK-i məğlub edib

Bu ilin ilk rübündə informasiya və rabitə xidmətlərinin həcmi 10 faizdən çox artıb

“Paris-2024”: Oyunların açılış mərasiminin əlavə variantları açıqlanıb

Ramazan bayramında avtovağzallardan 43 mindən çox sərnişin daşınıb

MEK-də Dünya İncəsənət Gününə həsr olunmuş kitab sərgisi açılıb

Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbinin V sinfinə qəbul olmaq üçün keçirilən imtahanın nəticələri açıqlanıb

AMEA-da dahi şair Məhəmməd Füzulinin 530 illik yubileyi qeyd olunub

Olaf Şolts: Avropa bazarı Çin avtomobilləri ilə rəqabətə açıq olmalıdır

İngiltərədə futbol azarkeşlərini daşıyan mikroavtobus aşıb

“Sumqayıt” və “Zirə” komandaları mövsümdə 3-cü dəfə qolsuz sülhlə ayrılıblar

Rektor: COP29-un Azərbaycanda keçirilməsi gənclər üçün geniş imkanlar yaradır

Mil-Muğan bölgəsində pambıq səpini başlayıb - Sabirabaddan videoreportaj

Azərbaycanın beynəlxalq kibertəhlükəsizlik indeksindəki göstəricisi yüksəlib

Dənizkənarı Bulvar İdarəsi: Təhlükəsizliyə görə hazırda gəzinti gəmilərinin işləməsi qeyri-mümkündür

Azərbaycanda yeni ali təhsil müəssisələrinin açılması əcnəbi tələbələr üçün böyük imkanlar yaradır – RƏY

Türkiyəyə ən çox turist qonşu ölkələrdən gəlib

Siyasi şərhçi: Fransanın Ermənistanın “nazı ilə oynaması” regionda Rusiyaya qarşı cəbhə açmaq niyyətindən qaynaqlanır

BMU ilə “SABAH.academy” arasında anlaşma memorandumu imzalanıb

“Kəpəz”in hücumçusu Azərbaycan çempionatlarında 200-cü oyununu keçirib

Azərbaycanın milli standartlaşdırma sistemi beynəlxalq tələblərə uyğunlaşdırılır

ANAMA: Ötən həftə 725 partlamamış hərbi sursat zərərsizləşdirilib VİDEO

Tədqiqat: B12 vitamini xroniki iltihabı azaltmağa kömək edə bilər

Dövlət qulluğuna test imtahanının nəticəsi elan olunub

İrpendə akademik Zərifə Əliyevanın vəfatının ildönümü ilə bağlı anım tədbiri keçirilib VİDEO