Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Cümhuriyyət tariximiz qürurumuzdur

Bilik Fondu Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı silsilə tədbirlər təşkil edir

Bakı, 29 may, AZƏRTAC

Prezident İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” 2017-ci il 16 may tarixli Sərəncamından irəli gələn tələblər Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu tərəfindən uğurla həyata keçirilir. Belə ki, Bilik Fondu 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunduğunu nəzərə alaraq, Şərqdə ilk dəfə qurulan demokratik respublika haqqında əhalinin daha dolğun bilgilərlə təmin olunması məqsədilə silsilə tədbirlər təşkil edir. Bu tədbirlər həm məzmununa, həm coğrafiyasına, həm də xarakterinə görə müxtəlifliyi ilə seçilir.

AZƏRTAC Bilik Fondunun informasiya təminatı sektorunun müdiri Xatirə Hüseynova və mətbuat katibi Ceyhun Musaoğlunun həmin tədbirlərlə bağlı müsahibəsini təqdim edir:

- Yəqin ki, Cümhuriyyətə həsr olunan tədbirləriniz hər hansı plana əsasən reallaşır. Bu barədə nə deyə bilərsiniz?

- X.Hüseynova: Əlbəttə. Prezident İlham Əliyevin 2018-ci il 10 yanvar tarixli Sərəncamından sonra Bilik Fondunun idarə heyəti toplandı. Müzakirələr nəticəsində belə qərara gəldik ki, əvvəlcə fondun əməkdaşları Cümhuriyyət barədə maariflənsinlər. Beləliklə, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası tarix kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Firdovsiyyə Əhmədova qonağımız oldu və demokratik respublikamız haqqında çox maraqlı bilgilər əldə etdik. Bu bilgilər əməkdaşlarımızın alim və mütəxəssislərlə birgə keçirdikləri görüşlərdə, təqdimatlarda gərəyimiz oldu.

- C.Musaoğlu: Firdovsiyyə xanım bizimlə faktlara əsaslanan bilgilərini bölüşdü. Müzakirələrin nəticəsi olaraq “Cümhuriyyət tariximiz - qürurumuzdur” layihəsini hazırladıq və bu təşəbbüs çərçivəsində yola çıxdıq. Ümumiyyətlə, Bilik Fondu bütün maarifləndirici tədbirləri qabaqcadan hazırlanmış və idarə heyəti tərəfindən təsdiq olunmuş proqramlar çərçivəsində həyata keçirir.

- X.Hüseynova: Cümhuriyyətə həsr olunan tədbirlərimiz davam etməkdədir. İndiyədək 70-ə yaxın tədbir keçirmişik. Müxtəlif rayonlardan gələn sosial sifarişlər onu deməyə əsas verir ki, bu rəqəmi ilin sonunadək ən azı 100-ə çatdıracağıq. Keçirdiyimiz tədbirlərin altısı elmi-təcrübi, ikisi beynəlxalq konfrans, biri isə “dəyirmi masa” formatında olub. Digərləri mühazirələr, film nümayişləri, kitab təqdimatlarıdır.

- C.Musaoğlu: Konfranslara bir sıra dövlət qurumları da dəstək verib. Belə ki, “Azərbaycan Xalq Cümhuriyyəti – milli dövlətçiliyin ideya əsasları və müasirlik” mövzusundakı elmi konfrans Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə İnstitutu, “Cümhuriyyət tariximiz - qürurumuzdur” mövzusundakı konfrans AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutu və Şabran Rayon İcra Hakimiyyəti, “Soyqırımı hadisələri müasir elmi araşdırmalarda” mövzusundakı beynəlxalq elmi konfrans Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi, Azərbaycanın Gürcüstandakı səfirliyi və Gürcüstan Milli Elmlər Akademiyası, “Heydər Əliyev və müasir Azərbaycan” mövzusundakı elmi-praktiki konfrans Şamaxı Rayon İcra Hakimiyyəti, “Cümhuriyyətimizin 100 ili” mövzusundakı elmi-praktiki konfrans Şabran Rayon İcra Hakimiyyəti tərəfindən dəstəklənib. “Azərbaycan: müasirlik və gələcəyin qovuşuğunda” üçüncü beynəlxalq şagird konfransı və “Azərbaycan Cümhuriyyəti gənclərin gözü ilə” mövzusunda elmi-praktiki konfrans isə Bilik Fondunun təşkilatçılığı ilə keçirilib.

- X.Hüseynova: Konfranslarda həm yerli, həm də xarici ölkələrdən gələn alimlərin məruzələri dinlənilib. İştirakçılar Cümhuriyyət dövrünün araşdırılaraq öyrənilməsi və təbliğinə xidmət edən çıxışları böyük maraqla qarşılayıblar. Alimlər ilk demokratik dövlətin türk dünyasına nümunə olduğunu bildiriblər. Tədbirlərdə geniş fikir mübadiləsi aparılıb, tarixi reallıqlardan həm də nəticə çıxarılması tövsiyə olunub. Əsas məqsədimiz ictimaiyyəti maarifləndirməkdir və demək olar ki, hər dəfə bu məqsədimizə nail ola bilirik.

- C.Musaoğlu: Yeri gəlmişkən, mayın 21-də AMEA-nın Neft və Qaz İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurası üzvlərinin iştirakı ilə “Azərbaycan Xalq Cümhuriyyəti dövründə neft amili” mövzusunda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kollecində “dəyirmi masa” təşkil etdik. Tədbirdə institutun gənc alimlərinin maraqlı məruzələri dinlənildi. Kollecin rəhbərliyi bu məruzələrdən dərs prosesində də istifadə olunacağını vurğuladı. Bu yanaşmadan çox razı qaldıq. Deməli, gördüyümüz işin həqiqətəm də bir nəticəsi oldu.

- Bəs mühazirələriniz hansı bölgələri əhatə edib?

- X.Hüseynova: 2018-ci ilin yanvarından etibarən Bilik Fondu Oğuz, Xızı, Şamaxı, İsmayıllı, Şəmkir, Şabran, Salyan, Quba, Qusar, Cəlilabad, Masallı, Abşeron rayonları və Gəncə şəhərində, paytaxtın Binəqədi, Suraxanı, Xəzər, Səbail, Nizami, Yasamal, Xətai, Sabunçu, Qaradağ, Nəsimi, Nərimanov rayonlarında, eləcə də Türkiyə, Rusiya və Gürcüstanda alim və tədqiqatçıların, deputatların və tanınmış jurnalistlərin mühazirələrini təşkil edib. Bu mühazirələrin təşkilində fondun yerli nümayəndələri və bilik evləri yaxından iştirak ediblər. Mühazirələrdən faydalananların sayı 10 mini keçib. Fondun monitorinq və proqnozlaşdırma qrupu və Sosioloji Sorğu Mərkəzi tədbirlərin monitorinqini aparıb, iştirakçılar arasında sorğular keçirib. Məlum olub ki, “Azərbaycan Xalq Cümhuriyyətindən müstəqil Azərbaycan Respublikasına aparan 100 il”, “Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycanın dövlətçilik tarixində yeri və rolu”, “Azərbaycan Xalq Cümhuriyyəti: milli dövlətçiliyin ideya əsasları və varislik”, “Cümhuriyyət tariximiz və müasirlik”, “Cümhuriyyət parlamentinə gedən yol”, “Azərbaycan Xalq Cümhuriyyətinin mədəniyyət siyasəti”, “Müasir Azərbaycan - Azərbaycan Xalq Cümhuriyyətinin varisidir”, “Azərbaycan Xalq Cümhuriyyəti dövründə elm və təhsil”, “Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq əlaqələri”, “AXC dövründə qadınlar”, “Tarixin 100 ili – 100 ilin tarixi”, “Cümhuriyyət dövrü ədəbiyyatı və onun təmsilçiləri”, “Maarifçilikdən Xalq Cümhuriyyətinə: siyasi-fəlsəfi aspektlər”, “Azərbaycan Xalq Cümhuriyyəti sənədli filmlərdə”, “Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan ədəbiyyatında”, “Əhməd Cavad - istiqlalımızın tərənnümçüsü”, “Cümhuriyyət dövrü və mətbuat”, “Cümhuriyyət dövründə musiqi” və digər adını çəkmədiyim mövzular dinləyicilərin böyük marağına səbəb olub.

- Mühazirələri maraqla qarşılanan alimlər barədə nə deyə bilərsiniz?

- C.Musaoğlu: Əvvəlcədən onu deyim ki, Bilik Fondunun lektorlar qrupunun üzvləri olan alim və mütəxəssislərin sayı 400-dən artıqdır. Biz onların hər birinə yüksək dəyər və qiymət veririk. Sadəcə çıxışları ilə auditoriyanın marağına səbəb olan bir neçə lektorun adını xüsusilə çəkmək olar. Alim və tədqiqatçılardan Möhsün Nağısoylu, Misir Mərdanov, İlham Məmmədzadə, Anar İsgəndərli, Tofiq Mustafazadə, Alxan Məmmədov, Firdovsiyyə Əhmədova, Qalib Sayılov, Yeganə İsmayılova, Nuridə İsmayılova, Nardanə Yusifova, Boran Əziz, Mətanət Şəkixanova, Milli Məclisin deputatları Aydın Mirzəzadə, Hikmət Babaoğlu, KİV rəhbərləri Rəşad Məcid, İlham Quliyev, Vüqar Rəhimzadə, Akif Aşırlı auditoriyanın həsrətlə gözlədiyi mühazirəçilərimizdəndir.

- Bəs hansı filmlərin təqdimatlarını keçirmisiniz? Cümhuriyyət ilinə həsr edilən nəşrləriniz olubmu?

- X.Hüseynova: Bilik Fondu ilə “ARB Aranfilm” studiyası arasında əməkdaşlıq çərçivəsində sənədli filmlərin mütəmadi olaraq müxtəlif məkanlarda nümayişini təşkil etmişik. “Sarmaşıqlı məzarlar”, “Parisdən məktublar”, “Gizli istiqlalçılar”, “Həqiqətin özü”, “Düdəngədən Münhenə” filmləri tamaşaçıların böyük marağına səbəb olub. KİV bütün bu təqdimatları geniş şəkildə işıqlandırıb.

- C.Musaoğlu: Bilik Fondunun ölkədaxili layihələr sektoru tərəfindən “Azərbaycan Xalq Cümhuriyyəti: 100 suala 100 cavab” məlumat kitabçası tərtib edilib və tarixçi alimlər tərəfindən çapa tövsiyə olunub. Bununla yanaşı, Cümhuriyyətə həsr olunmuş şagird konfransının materialları da nəşrə hazırdır.

- X.Hüseynova: Həmin sektorun nəzdində fəaliyyət göstərən Sosioloji Sorğu Mərkəzi ölkənin müxtəlif bölgələrindəki bir sıra orta, orta-ixtisas və ali məktəblərdə təhsil alan yüzlərlə yeniyetmə və gəncin iştirakı ilə “Gənclikdən soraq” layihəsi çərçivəsində “Azərbaycan Xalq Cümhuriyyəti haqqında bildiklərimiz” mövzusunda bilik yarışmaları keçirir. Maarifləndirici tədbirlərimiz davam etdirilir. Bilik Fondunun dəstəyi ilə Oğuz, Qax, Şəmkir, İsmayıllı, Ağdaş, Astara, Ağstafa, Tərtər və Nardaran bilik evlərində, Bilik Fondunun nəzdində fəaliyyət göstərən “Tariximizi öyrənək və öyrədək” Gənclər Klubu və “Gənc jurnalistlər” Klubunda tədbirlərin mütəmadi təşkili üçün hazırlıq işləri aparılır.

“Azərbaycan Xalq Cümhuriyyəti İli”nin başa çatmasına hələ çox var. Qarşıda bizi yeni konfranslar və elmi seminarlar, silsilə mühazirələr və müzakirələr, film və kitab təqdimatları, intellektual müsabiqələr və elmi turlar gözləyir. Alim və tədqiqatçıları qürurumuz olan Cümhuriyyət tariximizlə bağlı maarifləndirmə işində bizə dəstək göstərməyə, gənclərimizi bu dəstəkdən faydalanmağa çağırırıq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ağasəlim Mircavadov: “Zirə” gümüş medallara əsas namizəddir, “Turan Tovuz” avrokuboklara hazır deyil

İsrail ordusu “Hizbullah”ın iki komandirinin öldürüldüyünü bildirib

Azərbaycan Prezidenti: İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var

Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Fransadan Britaniyaya keçməyə çalışan beş miqrant həlak olub

Azərbaycan Prezidenti: COP29 üç Cənubi Qafqaz ölkəsi arasında gələcək əməkdaşlıq üçün yol açacaq

Axit Qişlakayev: Heydər Əliyev BAM inşaatçıları üçün çox iş görüb

Araşdırma: qocalıq nə vaxt başlayır?

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məktəblini təltif edib

Konstitusiya Məhkəməsi Palatası iclasında Bakı Apellyasiya Məhkəməsinin müraciətinə baxılaraq, qərardad qəbul edilib

Prezident: Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır və hətta böhran vəziyyətində də dayanıqlı artım göstərdi

Məktəblilər iqlim dəyişikliyi barədə məlumatlandırılıb

COP29-la bağlı Vergi Məcəlləsinə dəyişiklik ediləcək

DİN: Astara sakinində 51 kiloqram narkotik vasitə aşkarlanıb

Günəş elektrik stansiyası üzrə ilk hərrac elan edilib

Çinin Şençjen şəhərində güclü yağışa görə yüksək təhlükə səviyyəsi elan edilib

Naxçıvana 30 qutu ipəkqurdu toxumu gətirilib

Prezident İlham Əliyev: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirik

Çexiya xarici işlər nazirinə Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumat verilib

BDU-da keçirilən kitab sərgisində ilk dəfə əksər nəşriyyatlar bir araya gəlib

Xarici dövlətlərdə ali təhsil almış şəxslər peşə tanınması üzrə imtahan verəcəklər

Marneulidə yaşayan azərbaycanlılara pulsuz hüquqi yardım göstəriləcək

Prezident: Ermənistan istisna olmaqla, Avrasiya İqtisadi Birliyinə üzv ölkələrlə çox sıx tərəfdaşlıq münasibətlərimiz var

BAM-ın veteran inşaatçısı: Heydər Əliyev mübariz insan idi və asudə vaxtlarını insanlara sərf edirdi

QDİƏT-in turizm üzrə təhsil müəssisələrinin birinci görüşündə “Bakı Bəyannaməsi” qəbul edilib

Türkiyə ordusu İraq və Suriyada 19 terrorçunu zərərsizləşdirib

Prezident İlham Əliyev: COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdür

Ərdoğan: Ümid edirəm ki, Ermənistan düzgün yol seçər və yeni dövr başlayar

Çingiz Hüseynzadə: Parisdə ilk dəfə təmsil olunacağımız idman növlərində də sürpriz nəticələr gözləyirik

Yerli sort qarpız növləri unudulmaqdadır - Saatlıdan reportaj FOTO

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilir
Prezident İlham Əliyev forumda iştirak edir YENİLƏNƏCƏK CANLI

Beynəlxalq Riyaziyyat Olimpiadasında Azərbaycanı təmsil edəcək komandanın seçmə imtahanı keçirilib

İtaliyanın müstəqilliyi uğrunda mübarizədə canlarından keçmiş azərbaycanlıların xatirəsi anılıb

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilir - YENİLƏNİB VİDEO

“Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə yarışacaq

Ali Məclisin komitə iclasında Nazirlər Kabinetinin hesabatı təqdim edilib

Bakıdakı Rus evində Beynəlxalq Rəqs Günü qeyd olunacaq

Nazir müavini: VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna qeydiyyat prosesi davam edir

Avropa çempionatının oyunlarını idarə edəcək hakimlər açıqlanıb

Londonda hüquq şirkəti qurmuş azərbaycanlı vəkil: Elə olub ki, milyonlarla funt sterlinq təzminat almışıq - MÜSAHİBƏ

Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB VİDEO

Dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin və psixotrop maddələrin siyahısında dəyişiklik edilir

Nəşriyyat direktoru: Tələbələr daha çox psixoloji və şəxsi inkişafla bağlı kitablara maraq göstərirlər

Müdafiə Nazirliyi: Tank bölmələrində yarış keçirilib VİDEO

Tunis, Əlcəzair və Liviya əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəliblər

Fərid Cəfərov: Forum çərçivəsində 100-dən artıq dini liderin iştirak edəcəyi plenar iclasın keçirilməsi nəzərdə tutulur

Prorektor: Tələbə oxucular kitab sərgisində fəal iştirak edirlər

DSMF daha iki beynəlxalq mükafata layiq görülüb

Sabah paytaxtda 29, bəzi bölgələrdə isə 30 dərəcə isti olacaq

Əməyin mühafizəsi sahəsində Türkiyənin təcrübəsi öyrənilir

Azərbaycanda alkoqollu içkilərin illik minimum istehsal həcmi 20 min dekalitr olacaq

Fövqəladə Hallar Nazirliyi Gəncədə daha bir qanunsuz tikilini söküb

Pakistan və İran terrorizmlə mübarizə üçün birgə plan hazırlayacaq

Azərbaycan Fetisov Jurnalistika Mükafatlarının İstanbulda keçirilən 5-ci təqdimatında təmsil olunub

Bakıdakı Rus evində Pasxa bazarı keçiriləcək

Körpələr evində yol verilmiş qanunsuzluqlarla bağlı cinayət işi başlanıb

Azərbaycanda tütün məmulatının istehsalında yerli xammaldan istifadənin həcmi artırılacaq

DSMF və “McDonald’s Azərbaycan” qazi övladları üçün tədbir təşkil ediblər

“Qəbələ”nin futbolçusu: Kuboku qazansaq belə, çempionatdakı uğursuzluğu unutdura bilməyəcəyik

Azərbaycan və Baham adaları bədii gimnastika sahəsində əməkdaşlığa başlayır

Bağanis Ayrımın ən yaşlı sakini: Kəndimizə qayıdan kimi qurban kəsəcəyəm

Rusiya nəqliyyat naziri: Şimal-Cənub Nəqliyyat Dəhlizi ilə yükdaşıma 60-100 milyon tona qədər arta bilər

Ombudsman: 4 minə yaxın soydaşımızın taleyi barədə dəfələrlə müraciət edilməsinə baxmayaraq məlumat ala bilməmişik

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Sloveniyada ali səviyyəli konfrans keçirib

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti BMT-nin Cenevrə bölməsinin Baş direktoru ilə görüşüb

Rusiya mediası Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkəyə səfərini işıqlandırmaqda davam edir

® ABB-nin ATM-lərində yenilik!

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə sərgi təşkil edilib

Vətəndaşların hərbi xidmətdən yayınmalarını təşkil etməkdə təqsirləndirilən şəxs barədə cinayət işinin istintaqı tamamlanıb

Cari ilin birinci rübünün elektrik enerjisi göstəriciləri açıqlanıb

Gəncə Dövlət Filarmoniyası ilk dəfə “Üzbəüz” layihəsini təqdim edib

BAM-ın tikintisində çalışmış Nurməmməd Cavadov: Azərbaycanın bizimlə olduğunu həmişə hiss edirdik

Tailand və Qazaxıstan qarşılıqlı vizasız rejim haqqında saziş imzalayıb

“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümüdür

Rusiyalı ekspert: Azərbaycan Moskva üçün Ermənistandan daha mühüm tərəfdaşdır

NASA-nın yarışında Azərbaycanı fiziki məhdudiyyətli gənc təmsil edib

Efiopiyada silahlı qarşıdurmalar nəticəsində on minlərlə insan didərgin düşüb

Şahmat üzrə Azərbaycan çempionatında ilk finalçı məlum olub

FHN: Ötən sutka ərzində 27 halda yanğına çıxış olub

Məktəblilərin Aşqarlar Kimyası İnstitutunda yerinə yetirdikləri layihələr qalib olub

Azərbaycan ilə Albaniya arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbi aradan qaldırılır

Azərbaycan ilə Türkiyə arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutma aradan qaldırılır

Azərbaycan Respublikasının 2023-cü il 21 noyabr tarixli 1024-VIQD nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar normativ hüquqi aktların kolliziyasının aradan qaldırılması məqsədilə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Qərarı

ADPU-nun Quba filialında tələbə spartakiadasına start verilib

“Haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə xarici ölkələrə göndərilən Azərbaycan Respublikası vətəndaşlarının sayı və tərkibi haqqında” 1 №-li (emiqrasiya) rüblük rəsmi statistika hesabatı forması və onun doldurulmasına dair göstəriş haqqında” Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2012-ci il 26 sentyabr tarixli 73/6 nömrəli qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Qərarı

Azərbaycan ilə Türkiyə baytarlıq sahəsində əməkdaşlıq edəcək

Dubayda innovasiyaların turizm sənayesinə təsiri müzakirə olunacaq

“Dəniz limanlarının işi haqqında” 12-liman №-li aylıq rəsmi statistika hesabatı forması və onun doldurulmasına dair göstərişin təsdiq edilməsi və “Dəniz limanlarında yüklərin yüklənməsi-boşaldılması, hərəkəti, mövcudluğu (qalığı) və baş vermiş qəzalar haqqında” 9 №-li (liman) aylıq rəsmi statistika hesabatı forması və onun doldurulmasına dair göstəriş haqqında” Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2013-cü il 9 aprel tarixli 29/09 nömrəli qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2022-ci il 13 yanvar tarixli 2/18 nömrəli qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Qərarı

Əziz Ələkbərli: Qərbi azərbaycanlıların öz yurduna qayıdışı erməni vandalizmini üzə çıxaracaq

Türkiyədə “Şəhid ailələri Qafqaz İslam Ordusunun izində” adlı layihəyə start verilib

“Azərreyl”in voleybolçusu: Meydanda əsl xarakter nümayiş etdirdik

AMEA-da Yaponiyada yaşayan dünyaşöhrətli azərbaycanlı alim Xəlil Kələntərlə görüş keçirilib

Qərbi Azərbaycan İcması Ermənistanın vətəndaş cəmiyyətinin fəaliyyətini və söz azadlığını məhdudlaşdırmaq cəhdlərini qınayıb

Dövlət Məşğulluq Agentliyi Qarabağ və Şərqi Zəngəzur üzrə 100-dək şəxsi peşə kurslarına cəlb edib

Fidan Hacıyevanın Birinci Beynəlxalq Opera Festivalı keçiriləcək

Nərimanovda məktəblilərə tütün məmulatları satanlar cərimələnib VİDEO

Monqolustanda 10-cu İnnovasiya Həftəsi keçirilir

“Qonaq Teatr” layihəsi çərçivəsində növbəti tamaşa

Mingəçevirdə ekoloji təhlükəsizlik qaydalarını pozan şəxslər müəyyən olunublar

“Azərtütün” tərəfindən indiyədək şimal-qərb rayonlarında 138,7 hektar sahədə tütün əkilib